ABŞ Prezidenti Barak Obama Cənubi Koreya və Yaponiyanı əmin edir ki, onların müdafiəsi öhdəliyinə əməl edəcək və Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsinə qarşı tədbir görəcək.
Obama Cənubi Koreya prezidenti Park Geun-Hye və Yaponiya Baş naziri Shinzo Abe-yə zəng edib. ABŞ Prezidenti bu fikirlə razıdır ki, müttəfiqlər “Şimali Koreyanın son məsuliyyətsiz davranışına qarşı vahid və güclü beynəlxalq reaksiya vermək üçün birlikdə işləməlidirlər”. Bunu Ağ Ev yanvarın 7-də bəyan edib.
ABŞ Dövlət Departamenti bildirib ki, Dövlət katibi Con Kerri də Cənubi Koreya və Yaponiya xarici işlər nazirləri ilə oxşar söhbətlər edib.
Şimali Koreya 2013-cü ildə nüvə qurğusunu sınaqdan keçirəndə Vaşinqton B-2 bombardmançılarını güc nümayişi məqsədliə Cənubi Koreya üzərinə göndərib. O zaman Pxenyan Birləşmiş Ştatları nüvə hücumu ilə hədələyib.