QOÇ
Bu gününüzü siz marağınız olmayan işə həsr etməli olacaqsınız. Bununla barışmalısınız. Acığınızı ətrafdakılardan çıxmaqla işlər düzəlməyəcək. Amma yaxınlarla səmimi söhbət sizə rahatlıq gətirəcək.
BUĞA
Sizi daha bir uğurlu gün gözləyir. Maddi durumunuzla bağlı perspektivlər büdcənizin artacağından xəbər verir. Layihələrinizi bəyənən tapılacaq. Sizin üçün əziz olan şəxslə aranızdakı görüş sevinc dolu anlar bəxş edəcək.
ƏKIZLƏR
Bu gün təkcə planlaşdırdıqlarınızı deyil, başqa işlərinizi də reallaşdıracaqsınız. Xarici müttəfiqlərinizdən maraqlı təklif alacağınız ehtimal edilir. Işlərinizin çoxluğuna baxmayaraq, əylənməyə də vaxt tapacaqsınız. Günün qeyri-adi romantik görüş üçün münasib olduğu bildirilir.
XƏRÇƏNG
Pis deyil, amma olduqca maraqsız gündür. Işdə diqqətinizi cəmləməkdə çətinlik çəkəcəksiniz. Gün romantik macəra vəd edir. Bürcün bəzi nümayəndələri incik saldıqları adamdan üzr istəmək üçün özlərində cəsarət tapacaqlar və bu hərəkətlərindən heç də peşmançılıq hissi keçirməyəcəklər.
ŞIR
Yaxşı gün saymaq olar. Uğur gözləmədiyiniz yerdən gələcək. Çoxdankı arzunuzun həyata keçəcəyi gözlənilir. Bunun üçün bir az çalışmağınız yetər. Kömək gözləmədiyiniz şəxs sizə yardım əlini uzadacaq.
QIZ
Gün çətinliklər gətirəcək. Evdə və işdə konfliktiniz olacaq. Bu gün çox həssas adamlarla ünsiyyətdə olmayın, çünki onlar sizə düşmən gözü ilə baxacaqlar. Günün ikinci yarısında özünüzü nisbətən rahat hiss edəcəksiniz.
TƏRƏZI
Arzu etdiyiniz qonağı qarşılayın. Ulduzlar bu qonağın özü ilə bərabər uğur gətirəcəyini bildirir. Uğurlarınızdan biri işlə bağlı olacaq. Gün mövqeyinizi möhkəmləndirmək şansı verməklə yanaşı, çoxdankı təhlükəli rəqibinizi qabaqlamağa da imkan yaradacaq.
ƏQRƏB
Xırda anlaşılmazlığı kənara qoyaraq vacib işlərə özünüzü səfərbər edin. Ətrafdakılar məhsuldar əməkdaşlığa hazırdır. Günün ikinci yarısı teatr, konsertə getmək üçün əlverişlidir. Bu gün çox cazibədar olacaqsınız, istədiyiniz adamın diqqətini özünüzə yönəldə bilərsiniz.
OXATAN
Gücünüzü toplayın, çünki bu gün iki uğursuz günlərdən biridir. Çox səbrsizsiniz, nəzərə alın ki, əhatənizdə olanlar əksinə, tələsmirlər. Nəticədə konfliktlər yaşanacaq.
OĞLAQ
Pozitiv tendensiyalar sönməyə doğru gedir. Yaxınlarla münasibətiniz də ürəkaçan deyil. Sizi çox tənqid atəşinə tuturlar. Bir sözlə, şəxsi müstəvidəki münasibətlərdə anlaşılmazlıq qabarıq şəkildə özünü göstərəcək. Günün ikinci yarısında uzaq qohumun qonaq gələcəyi gözlənilir.
DOLÇA
Ulduzlar bəxtinizin gətirəcəyini söyləyirlər. Uğurlu təsadüflər gözlənilir. Bu təsadüflər sizin üçün işgüzar perspektivlər açacaq. Səfərə çıxmaq üçün əlverişli gündür. Ehtimal ki, qiymətli hədiyyə alacaqsınız.
BALIQLAR
Çətin gündür, əhvalınız tez-tez dəyişir və siz özünüzə qapılırsınız. Işgüzar müstəvidə də yaxşı nəticələr gözlənilmir, həmkarlarınızla aranızda münaqişə düşəcəyi ehtimal edilir. Mənfi tendensiyaları qovmaqda sizə yaxınlarınızın sükut dolu dəstəyi yardım edəcək.