Kəlbəcərin təhsil şöbəsinin keçmiş müdiri Məmməd Bağırovun sifarişi ilə həbs edilən jurnalist Ərşad Ibrahimlidən xəbər var.
Qardaşı Tariyel Ibrahimovun “Azadlıq”a verdiyi məlumata görə, dünən Ərşad Ibrahimli ilə görüşüb. “Saxlanma şəraitindən razılıq etdi. Səhhətində hər hansı problem yoxdur. Əfv olacağı barədə xəbərlərdən ümidlənib. Düşünür ki, siyahıda onun da adı ola bilər. Hər halda Ərşadın heç bir təqsiri yoxdur. Onu sifarişlə həbs etdirən Məmməd Bağırovun özü korrupsiyaya görə tutulub. Bu da Ərşadın Məmməd Bağırovun korrupsiya əməliyyatları barədə yazdıqlarının təsdiqi sayıla bilər”.
Qeyd edək ki, jurnalistin yaxınları məsələ ilə bağlı Işçi Qrupa müraciət edib.