Qəzzafinin oğlunu ələ verən bələdçi danışdı
Müammər Qəzzafinin oğlu Seyfülislamı səhradan keçmək üçün tutulmuş bələdçi satıb. Məlumatı “Reuters” agentli yayıb. Keçmiş Liviya liderinin oğlu bələdçiyə səhranı Niger sərhədinə qədər təhlükəsiz keçmək müqabilində 1 milyon avro vəd etsə də, o, Seyfülislamı Milli Keçid Şurasının könüllülərinə satıb. Bundan başqa, bir neçə gün əvvəl məlumat yayılmışdı ki, Seyfülislam onu ələ keçirən silahlılara 2 milyard avro təklif edib. Lakin onlar bu məbləğdən imtina ediblər.
Liviya KİV-i bələdçi Yusif Saləh əl-Xotaninin hadisə ilə bağlı danışdıqlarını da yayıb. “Onun (Seyfülislamın) mənə inanması üçün əlimdən gələni etdim. Onunla ünsiyyətdən sonra bizim döyüşçülərlə razılaşdıq ki, səhralıqda pusqu qursunlar. Qəzzafinin oğlunun maşınları vadiyə çatdıqla döyüşçülər atəş açmağa başladılar. Əvvəlcə birinci maşını (içərisində mühafizəçilər olub) atəşə tutdular. Sonra isə Seyfülislamın olduğu ikinci maşını dayanmağa məcbur etdilər”, – satqın bələdçi deyib.
Hazırda Seyfülislam Ziltan şəhərində saxlanılır. Onun paytaxta aparılması məsələsi açıq qalır. Çünki yerli qiyamçıların liderləri ilə Milli Keçid Şurasının rəhbərliyi arasında siyasi xarakterli ziddiyyət mövcuddur.