Mirəziz Əsgərovun valideynlərinin Ilham Əliyevə müraciətində MTN-in maraqlı bir əməliyyatı və onun gözlənilməz nəticəsindən bəhs olunur
MTN olayları ilə əlaqədar həbs olunanlardan biri – polkovnik Mirəziz Əsgərovun valideynləri dövlət başçısı Ilham Əliyevə müraciət edib. Mirəşrəf Mirislam oğlu Əsgərov və Mirmədinə Qulu qızı Əsgərovanın müraciətində söhbət çox maraqlı bir əməliyyatdan və onun gözlənilməz nəticəsindən gedir. Milli Təhlükəsizlik Nazirliyi öz əməliyyatçısına bir iş adamını izləməyi tapşırıb. Əməliyyatçı iş adamını izləyib, onun haqqında məlumatları toplayıb və nəticədə xüsusi əməliyyat keçirərək bu iş adamını həbs edib. Gerisini, müraciətin mətnindən oxuyun:
“Həbs olunanda evindən cəmi 1500 manat çıxan Mirəzizÿ Əsgərov Azərbaycan adlı dövlətin təhlükəsizliyi, ilk növbədə xaricdən gələn təhlükənin qarşısını almaqda polkovnik rütbəsinədəkÿ yüksəlmiş təmiz, vicdanlı və saf bir insandır. ÿDigərlərindən fərqli olaraq,ÿ Mirəzizÿ Əsgərov Azərbaycanı, xalqı, dövləti və onun rəhbərlərini də xarici kəşfiyyata kilolarla qızıl-brilyanta, qutu-qutu valyutalara dəyişməyib.ÿHəbs olunanadək yaşadığıÿ Əhmədli qəsəbəsindəki ”xruşşovka” layihəli binadakıÿ mənzili belə,ÿqardaşlarının köməyi iləÿ alıb.
Oğlumuzun həbs səbəbi anlaşılmamazlıq, yaxud el arasında deyildiyi kimi “qurunun oduna yaşın da yanmasıdır”. Bu qondarma işdə ÿədalətin bərpa edilməsi MTN işindəÿ bir çox qaranlıqlara işıq sala bilər. Uzun müddət Goranboydan olan biznesmen Vidadi ÿƏzizovuÿ nəzarətəÿ götürən qrupa rəhbərlik edən oğlumuz onun nəÿ ölkəÿ daxilində, nəÿ dəÿ xaricdə biznesi olmadığını, lakin hesabına xarici ölkələrdən iri məbləğdəÿ pul köçürüldüyünü aşkar edir. Belə ÿköçürmələrin birindəÿ nazir Eldar Mahmudovun göstərişilə xüsusi əməliyyat keçirilir vəÿ Vidadi Əzizov 740 min dollarla birlikdəÿ bankdan götürülərək MTN-əÿ gətirilir. Lakin qısa müddətdən sonra Vidadi Əzizov nazirin göstərişi ilə ÿsərbəst buraxılır.ÿ (Qeyd edək ki, bizim oğlumuz, polkovnik Mirəziz Əsgərov onun həbs edilməsi əməliyyatının hazırlanmasında da iştirak etməyib).ÿVə müəmmalıÿ şəkildə ÿonun haqqında hazırlanmış ÿ600 səhifəlik istintaq materialıÿda naməlum arxiv küncünə atılır.ÿ Vidadiÿ Əzizovdan bu pulların ÿnə ÿüçün və ÿhansıÿ məqsədlə ÿalınması, ÿyaxud, ümumiyyətlə, alınıb-alınmadığıÿ da bu günə ÿqədər qaranlıq olaraq qalır. Oğlumuza və ÿistintaq qrupuna bildirirlər ki, onun azadlığa buraxılması ÿgöstərişi lap yuxarıdan gəlib. Həttaÿ əməliyyat zamanı ÿəşyayi-dəlil kimi götürülən 740 min dolların taleyi belə,ÿ oğlumuz, MTN polkovniki Mirəziz ÿƏsgərovdan gizli saxlanılıb.
Mirəzizÿ Əsgərov isə 24 il sərasər nümunəvi və fədakar xidmətilə pillə-pillə ucalıb.
Nəzərə almağınızı xahiş edirik ÿki, klassik “çekist məktəbi”nin məzunu Mirəziz ÿƏsgərovÿ peşəkar ÿicraçı olub,ÿ heç sıradan beləÿ səlahiyyət sahibi olmayıb,ÿ üstəlik də əmrə qeyd-şərtsiz tabe olub.
Bütün dünyada, eləcə də Azərbaycanda əmrin icrası, təklifi, təqdiri “başÿ üstə”dən keçirsə, baş idarənin ÿşöbə rəisi səlahiyyətləri çərçivəsində aldığı tapşırığı yerinə yetirdiyini məruzə etməkdənÿ başqa ÿhansı mövqeyə sahib olmalıydı ki?..
Iyirmi dörd illik fəaliyyəti ərzində Mirəziz ÿƏsgərov heç bir maddi sərvət sahibi olmayıb, bunu bizimlə birgə hamı təsdiq edə bilər. Indi onun doğulub boya-başa ÿçatdığı bölgənin ağsaqqalları, oxuduğu ali məktəblərin kollektivləri, əxlaqi və əməli ilə qazandığı dostları və tanıdıqları narahatdır və sizə müraciət etməyə hazırlaşırlar.
Nədi Mirəzizÿ Əsgərovun cinayəti? Bu vətənin təhlükəsizliyini təmin etməkmi?
Yeni maddədirmi, yeni cəza növüdürmü?..”
P.S. Bu müraciətdə adı keçən, özəlliklə, iş adamı Vidadi Əzizovun mövqeyini işıqlandırmağa çalışacağıq.
Informasiya şöbəsi