Şəxsiyyət vəsiqələrinə görə dövlər rüsumu dekabrın 1-dən bahalaşır. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, dekabrın 1-dən qüvvəyə minəcək “Dövlət rüsumu haqqında” Qanununa yeni dəyişikliyə əsasən, vətəndaşlar şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir.