Çeçenistanın Baçi-Yurd kəndi bu gün səhərdən güc strukturları tərəfindən mühasirəyə alınıb.
Onlar Çeçenistan rəhbəri Ramzan Kadırovun portretləri olan banneri yandıran şəxsləri axtarırlar.
Yerli sakinlərin verdiyi məlumata görə, ötən gecə Ramzan Kadırovun və onun anasının portretləri yandırılıb. Hazırda kəndə giriş və çıxş bağlanıb.
Günahkarlar tapılmayınca yolun açılmayacağı bildirlirb.
Məlumatda o da bildirilir ki, Baçi-Yurd respublikanın ən böyük kəndidir və 17 min insanın yaşadığı bu kənd Ramzan Kadırovun doğma kəndi Sentaro ilə qonşudur.
Başqa bir mənbə isə bu olayla bağlı deyilənləri şərh etməkdə çətinlik çəkdiyini bildirib: “Ajiotaj həqiqətən də var. Amma hələ dəqiq deyil ki, kimin portreti yandırılıb: Ramzan Kadırovun, yoxsa anasının?!”.
Bir neçə saat əvvəl isə xeyli sayda adamın şübhəli şəxs qismində saxlanıldıı barədə məlumat yayılıb. Onların ötən gecə harada olduqları və telefon danışıqları yoxlanılır.
Amma bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. (Virtualaz.org)