ÜDM 30 faiz azaldığı halda, onun artdığını yazırlar
Dövlət Statistika Komitəsi “2015-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri” adlı hesabat yayıb. Həmin sənədlə Komitənin rəsmi saytında tanış ola bilərsiniz: http://www.stat.gov.az/rss/az/view.php?newsid=3008 .
Hesabatın ilk cümləsi belədir: “2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 45,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,3 faiz çoxÿümumi daxili məhsulÿistehsal edilmişdir”.
Yadda saxlayın: 45,9 milyarda manatlıq ÜDM keçən ilinin bu dövrünə nisbətdə 3.3 faiz çoxdur.
Gəlin bu qırmızı yalanın arxasınca düşək. Uzağa da getməyək, Komitənin elə həmin hesabatı açıqladığı rəsmi saytında başqa bir sənədə baxaq. Internetin önündə olduqda bu linki açıb baxıb: http://www.stat.gov.az/macroeconomy/?page=12&estat=archive&topic=30.
Burada ötən ilin müvafiq dövrünə aid göstəricilərdir. Belə də adlanır: “2014-cü ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri”. Cədvəldə görürsünüz: ötən ilin müvafiq dövründə, yəni 2014-cü yanvar-oktyabr dönəmində ölkədə 49.2 milyard manatlıq umumi daxili məhsul istehsal olunmuşdur.
Bu da onun fotosu:
Deməli, Dövlət Statistika Komitəsinin iki sənədi əsasında bəlli oldu ki, ÜDM:
– 2014-cü ilin yanvar-oktyabr aylarında 49.2 milyard manat;
– 2015-ci ilin yanvar-oktyabr aylarında 45,9 milyard manat olub.
Indi sual olunur ki, 49,2 hansı hesaba görə 45,9-dan 3,3 faiz çoxdur, ümumiyyətlə, çoxdurmu?
Axı bu cür primitiv yolla ÜDM-də azalmanı necə gizlətmək olar?
Ümumiyyətlə, 3,3 faiz haradan çıxdı, kimin ağlının məhsuludur. Əksinə, dərhal hesablamaq olur ki, 2014-cü ilin müvafiq dövrünə görə bu il 3,3 milyard manat az ÜDM yaradılıb. Çünki 49.2-45.9= 3,3 milyard manat edir.
Belə çıxır ki, ÜDM 3,3 milyarda manat az olsa da, onun 3,3 faiz çox olduğunu göstəriblər. Başqa rəqəm tapmaq üçün belə özlərinə əziyyət verməyiblər, yaxud görünür, kiminsə 3 rəqəminə xüsusi sevgisi var.
Amma hökumətin gizlətdiyi başqa bir məqamdır. Həmin dövrdən bu yana – 2015-ci ildə manatı da ucuzlaşdırıblar və bu, nəzərdən qaça bilməz.
Ona görə də ABŞ dolları ilə hesablama aparaq:
2014 (10 ay) 49,2 milyard manat – 62,67 milyard $
2015 – 45,9 milyard manat – 43.46 milyard $
Azalma 62,67 – 43,46=19,24 milyard $
Azalma %-lə: 19,24/62.67*100%=30,7
Deməli, ən yaxşı halda ÜDM 30 faiz azalıb. Bunu gizlətmək üçün hər hoqqadan çıxan hökumət qurumları özlərinin sənədlərini təkzib edə bilməzlər. Bilirəm ki, dərhal kimsə deyəcək ki, biz nominal ÜDM-i yox, real ÜDM deyirik, bu da hesablamanın başqa bir metodikasıdır. Amma ÜDM-in pulla ifadəsi başlıca metodikadır və bundan yayınmaq mümkün deyil.
Uzun illər bizim hakimiyyət ÜDM-in artım sürəti deyilən bir göstərici ilə öyünür, ölkəmizin dünyada birinci, ya ikinci yerdə olduğunu bəyan edirdi. Bu göstərici siyahısında birinci və ikinci yerləri Azərbaycan adətən Iraqla bölüşürdü. Müharibədən çıxmış Iraqda ÜDM o qədər az idi ki, bir zavod tikməklə onu ciddi bir sürətlə irəli aparmış olurdu. Azərbaycan da bənzər bir halı yaşayırdı. Inkişaf etmiş ölkələrdə isə ÜDM-in artım sürətini dəyişmək üçün kəskin və böyük həcm artımlarına ehtiyac yaranır. Azərbaycan hakimiyyəti isə həmin göstəricini durmadan gözə soxurdu.
Indi isə iqtisadiyyatın geriləməsini göstərən bir halı gizlədir, azaldığı halda hətta ÜDM-in artdığını iddia edirlər.