Küveytin OPEC-də Nümayəndəsi Al-Shatti, neftdə təklif bolluğunun daha 5 il davam edə biləcəyini deyib.
Al-Shatti, Dohada verdiyi bir müsahibədə, İraq, Liviya və İrandan neft təklifinin artacağının gözləndiyini və bunun da neft bazarının tarazlıq tapmasını ləngidəcəyini bildirib.
Al-Shatti, İranın 2016-da bazara gündəlik 1 milyon barrel neft çıxarda biləcəyini deyib.
Onun sözlərinə görə, əgər geosiyasi problemlər yaranarsa və neft şirkətlərinin investisiyalarının 30% azalması gələcəkdə hasilatını azaldarsa, neft qiymətlərinin artacağını gözləmək olar.