«Azəryolservis» məlumatda yanlışlığın olduğunu bildirir
Azərbaycanın əsas avtomagistrallarından olan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 160-172-ci kilometrlik hissəsi yenidən təmir edilir. Concatc.az-ın məlumatına görə, Nəqliyyat Nazirliyi yanında “Azəryolservis” ASC bu gün bəyan edib ki, bu yol uzun illər cari təmir edilməyib. Amma elə həmin mənbəyə əsasən, bu avtomagistralda hətta yenidənqurma işləri başa çatmayıb. Bu layihəyə 2010-cu ilin mayında başlanılıb və 2013-cü ilin mayında başa çatmalı idi.
M4 maqistralının Muğanlı-Yevlax avtomobil yolunun (145 km) yenidən qurulması üçün hökumət Fransanın BNP Paribas bankından borc alıb. Işlərin podratçısı olan “Azərinşaatservis” MMC qeyd edir ki, bu layihə çərçivəsində 259,8 mln dollar xərcləyib. Bundan başqa, hökumət həmçinin bu işlərin bir hissəsini dövlət büdcəsindən maliyyələşdirir. Kredit sazişi 2008-ci ildə təsdiq edilib .
“Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələyə münasibəti qısa olub. O, “Azadlıq”a bildirib: “Yazıda göstərilən kilometraj təmir olunmuş yola aid deyil”.