“İnsan şəxsiyyətini itirəndə danışdığı yalanda məntiqi də itiririr”
Hakimiyyətin AXCP-yə hücum kampaniyasında təzə vasitəyə çevrilmiş Razi Nurullayev şər-böhtanlarını davam etdirir. “İqtidarın ən çox oxunan qəzeti” “Yeni Müsavat” da bu uydurmaları böyük həvəslə işıqlandırır. Nurullayevin bu qəzetdə AXCP rəhbərliyinə qarşı səsləndirdiyi növbəti şər isə bu olub ki, guya partiya sdərinin müavini Fuad Qəhrəmanlı Milli Şuranın mitinqlərinin təşkili üçün hakimiyyətdən pul alıb.
Fuad Qəhrəmanlı bu məntiqsiz ittihama özünün facebook səhifəsində çox sərt cavab verib:
“İnsan ləyaqətini itirəndə, ondan hər şey gözləmək olur. Bunun klassik nümunəsini Hafiz Hacıyev yaradıb, bu gün onu Rauf Arifoğlu, Razi Nurullayev davam etdirir. Öz keçmişinə, liderinə xəyanətə görə İlham Əliyevin döşünə medal taxdığı Rauf Arifoğlu şər böhtan-qəzetində siyasətin gədəsi sayılan Razi Nurullayevin dili ilə məni iqtidarın adamı adlandırıb. Sən demə iqtidar mitinqlərin təşkili üçün mənə pul verirmiş, mən də onu Əli Kərimli ilə bölürəm.
İnsan şəxsiyyətini itirəndə danışdığı yalanda məntiqi də itiririr. Hakimiyyətin AXCP-yə, bizim keçirdiyimiz mitinqlərə münasibəti hamıya bəlli olduğu halda, bu şər-böhtan cütlüyünün məntiqndən belə çıxır ki, hakimiyyət pul verib Əli Kərimlinin, Cəmil Həsənlinin liderlik etdikləri xalq etirazlarını təşkil edirmiş. Kül sizin jurnalist və siyasətçi başınıza. Elə yalan danışın ki, heç olmasa inandırıcı olsun. Mən iqtidara işləsəydim, sizlərin hansının cəsarəti çatardı mənim üstümə gələsiniz? O zaman mən yox, sizi yemləyən ağanız sizin ipinizi çəkərdi.
Onların istinad etdiyi mənbə isə elə özləridir. 7-8 ay əvvəl, Razi təzə təşkilatdan qovulanda Ağaşirin Tanrıverdioğlu vasitəsi ilə indi dediklərini yazı şəklində bir qəzetə 500 dolar müqabilində ötürmək istəmişdi. Bu barədə o vaxt mən Əli bəyə də məlumat vermişdim. Bu məlumat bizə çatdıqdan sonra Ağaşirin partiyadan qovulmuş biririsinin sifarişi ilə təşkilata qarşı böhtan kampaniyası apardığı üçün təşkilatdan qovuldu.
"Kor atın kor nalbəndi olar" deyiblər. Bu məsələdə Raufun da Razi kimi "etibarlı" mənbəyi var. Mən bu gün hakimiyyətin AXCP-yə qarşı Razinin, Raufun əli ilə aprdığı kampniyaya qarşı partiyanın sözçülüyünü edən bir şəxs kimi mənəviyyatsız böhtanların hədəfində olmağımın səbəbini anlayıram. Necə olur ki, "hakimiyyətin adamı" Əli bəyin yanında durub, hakimiyyətin adamlarını ifşa etməklə məşğuldur?
Rauf və Razi bugünkü yazısında Hafiz Hacıyevi də kölgədə qoyaraq, mənə şəxsi zəmində gədaya xas olan ifadələr işlədiblər. Belə şeylər türklər demiş, mənə "vız" gəlir, ancaq bu adamlar unutmasınlar ki, siyasəti öz əxlaqlarına uyğunlaşdırdıqca, özlərinə layiq cavablarını alacaqlar. Biz hər zaman insanların şəxsi zəmində təhqir olunmasının əleyihinə olmuşuq, tərbiyəmiz qarşı tərəfin necə olmasından asılı olmayaraq kimsəyə təhqir işlətməyə imkan verməyib. Ancaq bunlar "Lider TV" ənənəsi ilə üstümüzə gələcəklərsə, o zamanı məişət səviyyəsində deyiləcək böhtanlara cavab olaraq, ən yaxın adamlarının adını tərəf müqabili kimi təqdim etməkdə heç bir problemim yoxdur. Ona görə də siyasi mübarizəni kişi kimi aparmaq lazımdır ki, belə şeylər gündəmə gəlməsin”.