O, övladının şəxsiyyət vəsiqəsi alması üçün kömək istəyir
Bakının Xətai rayonu, Naximov küçəsi-100 ünvanda yaşayan Esmira Musayeva “Azadlıq”a müraciət edib. Müraciət müəllifi yazır:
“Ailəmiz 1993-cü ildə daimi yaşamaq üçün Gürcüstandan Azərbaycana gəlib. Yeni gələndə həyat yoldaşımı qeydiyyata götürmədilər və ona görə də o, Azərbaycan vətəndaşı deyil. Üç övladımız var. Böyük oğlum Elnur Qəmbərova şəxsiyyət vəsiqəsi almaq üçün Xətai rayonu pasport qeydiyyat şöbəsinə müraciət etdik. Bizə dedilər ki, ölkə vətəndaşlığı haqqında qanuna uyğan olaraq oğlum Azərbaycan vətəndaşı sayılmır. Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən oğlumun sənədləri araşdırılarkən vətəndaşlıq haqqında qanunun 21-ci maddəsi nəzərə alınmayıb. Qanuna görə valideynlərdən biri Azərbaycan vətəndaşlığını qəbul edibsə, digərisə əcnəbidirsə, Azərbaycan vətəndaşı olanın vəsatəti və əcnəbi valideynin razılığıyla vəsatət qaldırıla bilər. Ona görə də mən oğlumun Azərbaycan vətəndaşlığını əldə etməsi üçün vəsadət qaldırıram. Həyat yoldaşım Elşən Qənbərov razılıq ərizəsi versə də nəyə görəsə oğlumun vətəndaşlıq əldə etməsi müşkülə dönüb. Oğlum orta məktəin 8-ci sinfində oxuyur və ondan şəxsiyyət vəsiqəsi tələb edirlər. Lakin onun hüquqları tanınmır.
Bu barədə əksər güc strukturlarına etdiyim müraciətlər cavabsız qalıb. Ombudsmanın cavab məktubunda isə məhkəməyə müraciət etmək tövsiyə edilir. Hər xırda işdən ötəri məhkəməyə müraciət etməli oluruq. Belə yaşamaq olarmı?
Oğlumun Azərbaycan vətəndaşlığı haqqında qanunun 21-ci maddəsinə uyğun olaraq şəxsiyyət vəsiqəsilə təmin olunmasına gömək etməyinizi xahiş edirəm".
Sosial şöbə