Tanınmış yazıçı Zümrüd Yağmur mayın 30-da Milli Şuranın keçirəcəyi ""Xilas Olaq" mitinqi ilə bağlı sosial şəbəkədə çağırış edib. Çağrışı diqqətinizə çatdırırıq: "Utanıram… Ölkə yanır… Təkçə bina deyil, insanlar, talelər, arzular, ümidlər yanır…
İllərdir deyirik “əsgərimiz ölməsin, ordu mörqa dönməsin”, amma elə illərdir ki, əsgərlərimiz də ölür, ordumuz da morqa dönür.
İllərdir Azərbaycan talanır, soyulur, bir tayfa ölkəni istədiyi kimi idarə edir, bir məmləkətin taleyini bəlkə də o ölkənin ən savadsız, bacarıqsız adamlar həll edir, Tanrının bizə yazdığı ömrü pozub tərsdən və başqa yazır.
Talanmış, ləyaqəti, qüruru alcaldılmış bir ölkə və onun eyni şəkildə heysiyyatı, inasanlğı alcaldılmış insanları… Və bir də İblislə qucaqlaşan harın məmurlar ordusu… Milyardlıq sərvətə sahib olanların Tanrılıq iddiasında sönən talelər, gənclərin intiharı, əsgərlərin ölümü, insanların evində diri-diri yanması…
Bu deyilmi bizim yaşadığımı ölkənin mənzərəsi, tablosu?! Budur, cəsaətli olun və etiraf edin, budur! Amma bu rəsmi harınlamış məmurlar təkbaşınamı çəkdi? Onlar bu böyük tablobu 23 ildə necə işləyib ərsəyə gətirdilər? Bu tablodakı qara rəngdən qalxan ah-nalə necə oldu da bu qədər ürək dağlayan oldu? Necə oldu ki, bu rəsmin kədər, qüssə rəngləri bu qədər qatı və tünd oldu?
Bu harın məmurlar yəni bu qədərmi istedadlıdırlar?
İnanın, yox! Bacarıqlı, ya da heç istedadlı deyillər. Onları istedadlı edən biz olduq, susqunluğumuz, laqeyidliyimiz, başımıza açılan hər oyuna bu qədər səbrli yanaşmamız onları bu qədər inamlı etdi. Onların qarşısındakı molbet təkbaşına qurulmadı, palitranı da əllərində tək saxlamadılar. Heç o tablonu da yalnış işləmədilər.
Bizimlə bərabər… Biz bizə məzar qazanların əlindəki belin daha yaxşı işləməsi üçün hər şey etdik. Başımıza endirilən qılıncın ağzını öz susqunluğumuzla itilədik.
Məzarımızı daha dərin qazmaları üçün öz qorxumuzla onları daha da həvəsləndirdik.
Utancverici deyilmi?
Hə, mən utanırma, xalqım adıma utanıram, xəcalət çəkirəm ki, mənim yaşadım ölkə bu qədər rəzil gündəir. Mən utanıram ki, mənsub olduğum xalqı bir yığın talançı idarə edir. Utanıram ki, Azərbycan adlı bir məmləkətin adı bu qədər rəzil əməllərdə hallanır. Utanıram ki, iqtidarın dəbdəbə xəstəliyini bildiyindən “gəlmirəm” deyib naz edən avropalının pulunu ödəyib bununla ac vətəndaşının ürəyinə dağ çəkənlərə dözürük.
Niyə axı belə olur?
Bəlkə də illərdir, bəlkə də əsrlərdir ki, özümüzə bu sualı vermirik. Biz nəyik, nəciyik, kimik görəsən? Biz bumuyuqmu yəni? Yəni doqurdanmı biz şanlı tarix yaza bilməyəcək qədər azic xalqıq?
Cavab verək bu suala… Burda, yazıda, sosial şəbəkələrdə deyil, meydanlarda verək.
Mən babamlarımdan narazıyam, mənə belə bir məmləkət miras qoydu.Bəs biz nə miras qoyacağıq?
Ölcüb-bicirik ki, mitinqlə nə olacaq? Düşünürük ki, iki saat gəldik, danışdıq, dağıldıq. Düzdür, bununla heç nə olmaz, çünki siz o meydanı qəzəb yumruğunuzla “bəzəmirsiniz.” Çünki o meydan yetim və sahibsiz qalıb. Çünki o meydanlar qəzəbinizi hiss etmir.
Bakını Avropa Oyunlarının məsxərəsinə, maskalı, süni gəlinciyə çevirənlərin inadına meydanlara gəlin və bu şəhərin ləyaqət və qürurunu ona qaytarın.
Qaytarın ki, öz qürur və heysiyyatınızı da qoruya biləsiniz".