Petkimin səhmdarı olduğu Petlim şirkəti Türkiyənin Akbank-ı ilə 212 milyon dollarlıq kredit müqaviləsi imzalayıb. “Marja” Petkim-dən verilən açıqlamaya istinadən xəbər verir ki, Petkim-in 70 faiznin sahibi olduğu Petlim Limançılık, Akbank-dan 13 illik, 212 milyon dollar məbləğində kredit alır.
Kredit konteyner limanı üçün istifadə ediləcək. Kredit ilk üç ili geri ödənişsizdir.
Qeyd edək ki, Petkim və Petlim SOCAR-a məxsusdur.