«Ən qorxulu cinayətkar belə, bir konfetə görə qızı öz bantı ilə boğmaz, amma Putin…»
«O, adi insani hisslərdən məhrumdur, yalnız bir şey var – hədəfə getmək»
Əslən Peterburqdan olan iş adamı Maksim Freydzon «Azadlıq» radiosunun Rusiya bölməsinə müsahibəsində prezident Vladimir Putinlə bağlı heyrətə gətirən fikirlər səsləndirib. Freydzon hazırda Nyu-Yorkda «Qazprom» və «Lukoyl» şirkətlərinin rəhbərliyi ilə məhkəmə çəkişməsindədir.
İş adamının sözlərinə görə, Putin ən adi insani hisslərdən məhrumdur: «Hələ 90-cı illərdən görünürdü ki, onun üçün heç bir insani ölçü mövcud deyil. Necə deyim… O bizim anlaya biləcəyimiz biri deyil. Görünür, daxilində nə vaxtsa nələrsə çox möhkəm qırılıb. Orada insani reaksiyalar qalmayıb. Heç bilmirəm necə təsvir edim. Həmin ərəfədə Peterburqda mənim çox dostlarım var idi. Bəziləri qadın həvəskarı idi, bəziləri maşın, bəziləri pul. Amma bununla belə, hamısının içində daxili bir sədd var idi. Düşünürdülər ki, bax, bunu eləyə bilərəm, bunu isə yox. Çünki eləsəm, özümə hörməti itirəcəm. Amma Vadimir Vladimiroviç üçün belə sərhəd yox idi. Ya onu «KQB məktəbi» belə öyrətmişdi, ya başqa səbəblər var idi. Mən bənzətməni tapmağa çalışıram. Məsələn, ən qorxulu cinayətkar belə, bir konfetə görə qızı öz bantı ilə boğmaz. Amma Putində yalnız bir şey var idi – hədəfə doğru getmək, başqa heç nə. Xeyir və şər deyə bir qavram var. Putində bu qavramlar qətiyyən yoxdur».
Gültəkin