Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bu gün keçirdiyi mətbuat konfransında 4-cüSür@ brendinin – 4GLTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan etdi. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cüSür@ xüsusilə bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
4G xidməti sayəsində Bakcell abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, iri həcmli faylları, demək olar ki, bir göz qırpımında yükləyib göndərə, musiqi axınlarını buferizasiyanı gözləmədən dinləyə, habelə şəbəkədə ləngimənin cüzi olduğundan onlayn oyunlar oynaya biləcəklər.
“Biz Bakcell abunəçilərinə ən yüksək keyfiyyətə malik 4G LTE xidmətlərini təqdim etməkdən qürur duyuruq. Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@xidmətindən sonra, abunəçilərimiz “Bakcell”in bazarda ənyüksək keyfiyyətə malik və ən yaxşı qiymət təklifi təmin edən 4-cüSür@ xidmətindən istifadə edə bilərlər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Biz hesab edirik ki, LTE xidmətlərini istifadəyə vermək üçün indi ən münasib vaxtdır” deyə, Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Bakcell şirkətinin təqdim etdiyi 1800MHz tezlik diapazonunda (Band #3) mövcud olan və 150 Mbit/s çatan sürəti dəstəkləyən 4G/LTE şəbəkəsi ilə abunəçilər öz mobil cihazlarında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar.
İlk mərhələdə bu xidmətdən Bakının bir neçə rayonunda istifadə etmək mümkün olacaq. Lakin şirkətin planları bu şəbəkənin sürətlə genişləndirilməsindən ibarətdir.
Smartfon istifadəçiləri üçün 4G xidmətini təklif edən ilk operatorun məhz Bakcell olduğunu deyən şirkətin rəhbəri qeyd etdi ki, istifadəçilər təklif olunan müxtəlif variantlardan birini seçə bilər ki, bunlardan da ən əlverişlisi ayda cəmi 10 AZN-ə 3GB həcmində 4G xidməti təklif edən xüsusi kampaniyadır.
Noutbuklardan istifadə etməyə üstünlük verən istifadəçilər üçün Bakcell şirkəti 60 AZN-ə üç aylıq 45GB yüksək sürətli internet xidmətinə qoşulmağı təklif edir. Bu xidməti seçən bütün abunəçilərə məhdud dövr ərzində pulsuz LTE modemi hədiyyə olunacaq.
Planşet istifadəçiləridə əlverişli təklifdən faydalana bilərlər: ayda 15 AZN ödəməklə 10GB həcmində 4G mobil internet, üstəgəl pulsuz 4G SIM kart.
Məlumat ötürmə sürəti 150 Mbit/s-əçatan Bakcell şirkətinin LTE xidmətindən artıq 2-3 aydır ki, 4000-dən yaxın abunəçi faydalanır.
Xəyal