Bugünlərdə mətbuatda dərc olunan yazılarına görə vicdan məhbusuna təcridxanada töhmət verilib
«Təcridxananın rəisi Azər Seyidov məni otağına çağırıb yazılarımı necə göndərdiyimi soruşdu, dedim ki, elm inkişaf edib, telepatiya yolu ilə ötürürəm…»
“Binəqədi rayon Məhkəməsi mənim sözügedən sənədi yaymağımla bağlı sübut olmaya-olmaya işi icraata götürüb. MTN yalandan yazıb ki, mən həmin sənədi yaymışam, mənsə deyirəm ki, yaymamışam. Bizdə MTN-nin yalan danışması ayıb sayılmır”.
Bunu “Azadlıq” radiosunun hazırda həbsdə olan əməkdaşı, araşdırmaçı-jurnalist ÿXədicə Ismayıl dünən Bakı Apelyasiya Məhkəməsində onun şikayəti üzrə keçirilən iclasda deyib.
Xədicə Ismayılın vəkilləri Binəqədi rayon Məhkəməsininÿhö kmündən apelyasiya şikayəti verib.
“MTN əməkdaşı məhkəməyə çağırılmalıdır”
“Azadlıq” radiosunun məlumatına görə, Xədicə Ismayılın vəkilləri apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatət qaldırıblar. Vəkilÿ Yalçın Imanovÿ bildirib ki, prosesdə Binəqədi rayon Məhkəməsinin göndərdiyi sorğunu cavablandıran MTN əməkdaşının, o cümlədən Xədicə Ismayılın özünün dindirilməsi vacibdir.
Söhbət MTN-ə məxsus məxfi hesab olunan və Elman Türkoğlunun da adının keçdiyi sənəddən gedir. Binəqədi rayon Məhkəməsi MTN-ə sorğu göndərməklə həmin sənədin həqiqətən də onlara aid olub-olmamasını, Xədicə Ismayılın o sənədi yayıb-yaymamasını dəqiqləşdirib. MTN həmin sənədi 2011-ci ildə Xədicə Ismayılın sosial şəbəkələrdə yaydığı haqda cavab verib.
“Bu sorğunun prokurorluqdan MTN-ə göndərilməsi, orada araşdırılıb prokurorluğa, oradan da məhkəməyə yönləndirilməsi, az qala, kosmik sürətlə baş verib. Bu da onu göstərir ki, bu sorğuya cavab əvvəlcədən hazır olub və dərhal da məhkəməyə göndərilib. Ona görə də, həmin sorğunu cavablandıran MTN əməkdaşı məhkəməyə çağırılmalıdır. Işin ədalətli araşdırılması üçün Xədicə Ismayıl özü də prosesdə dindirilməlidir”, – deyə vəkil Yalçın Imanov bildirib.
Hakim vəsatəti təmin etməyib və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılacağı elan olunub.
Dünənki məhkəmə iclasında həmçinin məhkəmə nəzarətçiləri ilə vəkillər arasında narazılıq yaşanıb.ÿXədicə Ismayılÿvə vəkilləri nəzarətçilərin onların konfidensial ünsiyyət hüququnu pozduqlarını bildiriblər. Çünki vəkillər dəmir barmaqlıqlar arxasında saxlanılan Xədicə Ismayıla yaxınlaşıb ünsiyyət saxlayarkən nəzarətçilər çox yaxın məsafədə dayanmaqla onlara maneçilik yaradır, bir-birilərinə kağız ötürməsinə imkan vermirdi. Vəkilÿ Yalçın Imanov ÿbuna etiraz etsə də, hakim qarşısını almayıb.
“Ötən prosesdə də biz vəsatət qaldırdıq ki, müdafiə etdiyimiz şəxs yanımızda əyləşsin. Siz isə dediniz ki, nəzarətçi icazə vermir. Məhkəmə tarixində belə bir şey olmamışdı. Hakimin nəzarətçidən icazə alması absurddur. Biz bu qaydada vizual, him-cimlə müdafiə hüququmuzu həyata keçirə bilmirik. Bizim müdafiə hüququmuz pozulur”, – deyə vəkil Yalçın Imanov qeyd edib.
Xədicə Ismayıl nəzarətçilərin bu cür davranışının səbəblərinin ona bəlli olduğunu bildirib: “Səbəb mənim mətbuatda gedən yazılarımdır. Indi məhkəmə nəzarətçiləri ilə təcridxana rəhbərliyi məktubların mətbuatda çıxmasının günahını bir-birinin üzərinə atır. Mən təcridxana rəhbərliyini hələ də inandıra bilmirəm ki, mən fikirlərimi telepatiya yolu ilə ötürürəm. Ötən gün təcridxana rəhbəri Azər Seyidov yenə məni otağına çağırdı, niyə mətbuata yazılar ötürdüyümü soruşdu. Bunu necə etdiyimi öyrənmək istədi. Yenə bildirdim ki, elm inkişaf edib, telepatiya yolu ilə ötürürəm. Dedim ki, hələ kosmosa peyk də çıxarmışıq. Peyk vasitəsilə fikirlərimin sürətini də ölçə bilərsiniz. Amma onlar elmi-texniki tərəqqiyə inanmaq istəmirlər”.
“Məni hədələdilər ki…”
Xədicə Ismayıl ÿaprelin 27-də saxlanıldığı kamerada axtarış aparıldığını və nəticədə töhmət aldığını da bildirib:
“Kameramda axtarış apardılar. Çarpayımın baş tərəfini sökdülər və orada dəliyin olduğunu aşkara çıxardılar. Mən dedim ki, bu çarpayıda məndən öncə də kimlərsə yatıb, deyim ki, o kimlərdən biri də Gülər Əhmədova olub. Amma buna baxmayaraq, mənə töhmət verdilər. Töhmətdə elə beləcə də yazılıb ki, mətbuatda böhtan və təhqir dolu yazılarım dərc olunur və mən həmin yazıları həmin dəlik yerdə saxlayıram. Məni hədələdilər ki, belə getsə, telefon danışığı və qohumlarla görüşdən məhrum edəcəklər”.
Məhkəmə mayın 12-də davam edəcək.
Xatırladaq ki, “Baş bayraqdar”ÿ Elman Türkoğluÿ Xədicə Ismayılın ona böhtan atdığını iddia edərək, onun CM-nin 147.2 maddəsilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Binəqədi rayon məhkəməsi həmin iddia əsasında jurnalistin 2500 manat cərimələnməsinə dair hökm çıxarıb.
Xədicə Ismayıl ötən il dekabrın 5-də həbs olunub. Əvvəlcə ona qarşı keçmiş həmkarını özünü öldürməyə cəhdə vadar etmə, ardınca da mənimsəmə, vergidən yayınma kimi ittihamlar irəli sürülüb. Yerli və beynəlxalq ictimaiyyət isə Xədicə Ismayılın həbsinin onun peşə fəaliyyəti, konkret olaraq, dövlət başçısı da daxil olmaqla, hakimiyyətdəkilərin gizli biznesi, korrupsiya əməlləri haqda araşdırma yazıları ilə bağlı olduğu qənaətindədir. Təsadüfi deyil ki, Xədicə Ismayıl “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı tərəfindən “vicdan məhbusu” elan olunub.