Çinlilər Azərbaycanda ticarətin «yolunu» tapıblar
Çindən Azərbaycana yeni saatlar gəlib. Həmin saatların üzərində mərhum dövlət başçısı Heydər Əliyevin imzası həkk olunub. 2-3 manat civarında olan bu saatları Pakistandan, Çindən olan alverçilər də satır.
Görünür, çinlilər də Azərbaycan hakimiyyətinin Heydər Əliyevlə bağlı apardığı təbliğatı ciddi izləyirlər. Və düşünürlər ki, mərhum dövlət başçısını imzasını məhsullarına həkk etməklə onların kütləvi satışışa nail ola bilərlər.