Demokrat Robert Menendes və respublikaçı Ron Consonun rəhbərliyi ilə ABŞ Senatının bir qrup üzvü FİFA-ya məktubla müraciət edərək Rusiyanı 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatından məhrum etməyə çağırıblar. Məktubda qeyd olunur ki, müraciətə səbəb Putinin rejiminin Ukraynaya qarşı təcavüzüdür. Senatorlar xatırladır ki, FİFA üzü olan 40 ölkə Rusiyaya qarşı sanksiya tətbiq edib.
azadlıq.info