İngiltərənin yığma komandasının keçmiş futbolçusu Sol Kempbell 2016-cı ildə Londonun meri postuna keçiriləcək seçkilərdə namizədliyini irəli sürmək niyyətindədir.
Modern.az bildirir ki, o, namizədliyini Mühafizəkarlar Partiyasından irəli sürə bilər. Kempbell hələ ki qəti qərara gəlməyib.
Ancaq qeyd edib ki, mer seçilməkdə başlıca məqsədi Londonda və şəhər ətrafında yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasıdır.