Məşhur dissident Nadir Ağayev “Azadlıq” qəzetini 25 illiyini təbrik edib: “Mən hər gün səhər duranda birinci “Azadlıq” qəzetinin saytına baxıram. Çünki məhz bu qəzetdə Azərbaycan reallığı təsvir olunur, doğrular yazılır. “Azadlıq”da yazılanları oxuyandan sonra o biri qəzetlərə baxıram. “Azadlıq” yeganə haqqı yazan qəzetdir. Digər qəzetlər, saytlar istiqamətini dəyişib, hökumətin maraqlarını müdafiə edirlər. Amma “Azadlıq” belə deyil. Bu qəzet bütün çətinlkilərə, təzyiqlərə baxmayaraq həmişə xalqın maraqlarını qoruyub. “Azadlıq” ən obyektiv qəzetdir. Sağ olun rəhmətlik Həcəf Həcəfovun dövründən bu günə qədər qəzeti qoruyub saxlamısız. Mən hesab edirəm ki, bu qəzeti hamı qorumalıdır. Çünki “Azadlıq” xalqı müdafiə edir, haqsızlıqla üzləşən vətəndaşların maraqlarını qoruyur”.