“Bu hərəkat, bu qəzet əslində 25 il bundan əvvəlin yox, əbədiyyətin, zamansızlığın qəzetidir”
Azərbaycanın tanınmış şairi Vaqif Bayatlı Odər “Azadlıq”ın 25 illiyini təbrik edib. Sevimli şairimizin qısa, amma olduqca mənalı, isti sözlərlə dolu məktubunu təqdim eidirk:
“Bakı Azərbaycanın paytaxtı olduğu kimi, “Azadlıq” qəzeti də ilk sayından sözün, mətbuatın, azadlığımızın paytaxtı oldu. Hamının gözü onda idi. Bu hərəkat, bu qəzet əslində 25 il bundan əvvəlin yox, əbədiyyətin, zamansızlığın qəzetidir. O ən çox da Allahımızı, insanlarımızı, azadlığımızı sevindirən qəzet oldu. O dövrün azad ruhu, bütün azad ruhlu adamları, qəzetləri, yazıları və yazarları, rəhmətə gedənlərin ruhları önündə baş əyirəm”.