Kiyevli jurnalist qəzetimizi təbrik etdi
Ukraynanın tanınmış jurnalistlərindən biri Andrey Derkaç “Azadlıq” qəzetinə 25 illik yubileyi ilə bağlı təbrik məktubu göndərib. Ukraynalı həmkarımız yazır:
“Azadlıq”dakı əziz həmkarlarım. Ukraynada sizin hakimiyyət tərəfindən davamlı və şiddətli təzyiq altında necə işlədiyinizi heyrət və mənunluqla izləyirlər. Siz avtoritar bir rejimin mövcudluğu şəraitində yalnız duruş gətirmirsiniz, həm də daim “Azadlıq”ı inkişaf etdirir, onu daha da mükəmməl qəzetə çevirməyi bacarırsız.
“Azadlıq” elə bir zamanda meydana çıxdı ki, həmin vaxtlar Sovet İttifaqına daxil olan bütün millətlər yaxın zamanlarda öz müstəqilliklərinə qovuşacaqlarına, öz milli dövlətlərini quracaqlarına daha çox inanırdılar.
Ukraynalıları azərbaycanlılarla onların hər ikisinin sovet keçmişi, eyni zamanda gələcəkdə qurmağı planlaşdırdıqlarlı həqiqi müstəqil və demokratik milli dövlət ideyası birləşdirir. Şübhəsiz, yaxın gələcəkdə bu arzularımız gerçəyə çevriləcək.
Mən sizinlə tanışlığımdan qürur duyuram. Fəxr edirəm ki, “Azadlıq”ın işində az da olsa, iştirakım olub və bu qəzetlə əməkdaşlıq etmişəm.
Allah yardımçınız olsun, sizə və ailələrinizə təzyiqlərə qarşı dayanmağa dözüm versin ki, qəzeti daha da yüksəklərə qaldırasınız.
Sizi 25 yaşınız münasibətilə təbrik edirəm!”.