“Azadlıq” qəzetinin 25 illiyini iqtisadçı alim Vahid Məhərrəmov da təbrik edib. Təbrikdə deyilir:
“Azadlıq” qəzeti 20-ci əsrin sonunda 21 əsrin əvvəllərində Azərbaycan xalqının milli oyanışında, ictimai-siyasi şüurun, Milli Azdlıq hərakatının formalaşmasında, xalqın maariflənməsində əvəzolunmaz rol oynadı. Məhz “Azadlıq” qəzetinin geniş yayılmış güclü təbliğatı sayəsində Azərbaycan Xalq Cəbhəsi öz sıralarını qısa müddətdə genişləndirdi və Sovet imperiasına qarşı vahid mövqedən çıxış etmək imkanı əldə etdi. Azərbaycanın müstəqilliyinin əldə olunmasında “Azadlıq” qəzetinin tarixi rolu danılmazdır. Keçən 25 il ərzində “Azadlıq” qəzeti öz prinsiplərinə sadiq qalaraq Azərbaycanın müstəqilliyinin qorunub saxlanması yolunda üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gəlmişdir.
Bu gün qəzetin kollektivi bütün çətinliklərə sinə gərərək ölkədə ədalətli, demokratik cəmiyyət qurulması uğrunda mübarizəni ləyaqətlə davam etdirir.
“Azadlıq” qəzetinin kollektivini 25 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm və yeni-yeni uğurlar arzulayıram.