Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Rusiya prezidenti Putin Polşanın baş naziri Donald Tuska Ukraynanı bölməyi təklif edib.
Sikorskinin sözlərinə görə, Ukraynada siyasi böhran başlayandan Rusiya Polşanı bu ölkəyə qarşı təcavüzə cəlb etmək istəyir.
«Putin istəyirdi ki, biz də Ukraynanın bölünməsində iştirak edək. Donald Tusk Moskvaya gedəndə Putin ona bunu təklif etmişdi. Puttin Ukraynanın süni dövlət olduğunu, Lvovun isə Polşa şəhəri olduğunu deyirdi», – deyə kemiş XİN başçısı bildirib.
Sikorski Tuskun bu təklifə cavab vermədiyini deyir. Çünki o, söhbətin yazıldığını bilirdi.
Sikorsinin bildirib ki, Putin Polşanın Ukraynaya qoşun yeritməsini istəyir.
Keçmiş xarici işlər nazirinin sözlərinə görə, Puttin Yanukoviçi AB ilə Assosiasiya sazişi imzalayacağı təqdirdə Krımı «almaqla» hədələyirdi. «Yanukoviç Assosiasiya sazişini imzalamaq istəyirdi. Ancaq 2013-cü ilin noyabrında nəsə baş verdi. Putin Soçidə ona nəsə dedi. Düşünürəm Putin Yanukoviçə deyib ki, imzalasan, Krımı alaccağıq.
azadlıq.info