Ukrayna Ali Radasının deputatı Oleq Lyaşko “Range Rover” markalı avtomobilini 70 min dollara satıb və pulunu orduya verib. Bu barədə deputat özünün Facebook səhifəsində yazıb.
Deputat bildirib ki, bu pula xüsusi təyinatlı batalyonlar üçün zirehli gödəkçələr, yataq döşəkləri, çadırlar, geyim, ratsiyalar, hərbi maşın alınıb.