“Rusiyaya qarşı sanksiyalar daha da gücləndirilə bilər”. Almaniyanın kansleri Anqela Merkel bu fikirdədir. Merkel bəyan edib ki, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları alqışlayır. Rusiyanın davranışlarından asılı olaraq tətbiq olunan sanksiyalara yenidən baxıla, hətta onlar daha da gücləndirilə bilər. “Hazırda Rusiya tərəfi hansı yolu tutacağına qərar verməlidir. Rusiyanın qərarlarından asılı olaraq biz qərralarımızı dəyişə, növbəti sərt addımları da reallaşdıra bilərik”, deyə Merkel bəyan edib.
azadliq.info