Almaniyanın maliyyə naziri Volfqanq Şoyble hesab edir ki, Berlinin iqtisadi maraqları Rusiyaya qarşı sanksiya məsələsində ikinci dərəcəlidir. Nazir əsas prioritet kimi sülhün və stabilliyin təmin edilməsini görür.
Şoyblenin fikrincə, iqtisadi inkişaf üçün ən böyük təhlükə sülh və stabilliyinə vurulan zərbədir: «Moskvada heç kim düşünməməlidir ki, Rusiyanın bu hərəkətləri uğurla nəticələnəcək».
Nazir həmçinin Rusiiyaya qarşı sanksiyaların nəticə verdiyini də qeyd edib. «Rubl dəyərdən düşür, Rusiyada büdcə kəsiri artır, iqtisadi proqnozlar pisləşir. Bunu Rusiya prezident idə görür», – deyə maliyyə naziri qeyd edib.
azadlıq.info