Əyyub Hüseynov: «Ölkədə təhlükəli spirtli içkilər istehsal olunur»
Azərbaycana spirtli içki idxalı artır. Ötən il iyulun 1-i üçün ölkəyə $31,3 mln, bu il $33,4 mln məbləğində spirtli içki idxal edilib, – deyə İqtisadi Tədqiqatlar Mərkəzində Turan-a bildiriblər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin I yarısında bu məhsulun istehsalı 2,7% azalıb. Şampan istehsalında azalma 53,9% olub (satışa 4,1 min dekalitr çıxarılıb). Likör istehsalı 31,4 min dekalitr (mənfi 38,4%), araq 319 min dekalitr (mənfi 25,9%) olub. Pivə istehsalında (2 mln 650,8 min dekalitr) 18,7% azalma var. Yalnız şərab istehsalında 11,8% artım olub – mütləq rəqəmlərlə 298,8 min dekalitr.
İTM eksperti Vahid Məhərrəmov hesab edir ki, bu sahədə rəqabət qabiliyyəti yoxdur. Məhsulun keyfiyyəti Rusiya analoqlarından geri qalır. Bu, göstəricilərdən də görünür. 2011-ci ildə Azərbaycana işki idxalı $ 15 mln, 2013-cü ildə $30 mln məbləğində olub, deyə o bildirib.
«Azad İstehlakçılar Birliyi”nin rəhbəri Eyyub Hüseynov
burda tələb və təklifin, bazar qanunlarının öz işini gördüyünü deyir. Yerli istehsalın keyfiyyətsiz olduğu üzə çıxıb: «Bizim ofisdə 6-a qədər yerli istehsal malın nümunəsi var. Hamısının üzərində yazılıb ki, yararlılıq vaxtı müddətsizdir. Müddətsiz içki ola bilməz. Araqların yararılıq müddəti bir ildən artıq, konyaklar üç ildən artıq deyil. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin rəsmilərilə də söhbət etmişəm. İstehlaçıları maarifləndirmişik. İstehlakçı belə malları görəndə ondan imtina edirlər, almırlar. Hansı məhsulun üzərində tarix yazılırsa, onu alırlar. Yerli məhsullara tələbatın azalmasının əsas səbəbi onların üzərində sonsuz yararlılıq tarixi yazmaqdır».
Ekspert xaricdən gətirilən məhsulların da keyfiyyətində problemi olduğunu deyir: «Xaricdən gələn malların heç də hamısı keyfiyyətli deyil. Bu məhsulların təxminən 90 faizinin üzərində son yararlılıq tarixi yoxdur. Bu sahədə problem yaşanır. Dövlət balanslaşdırma siyasəti aparmalıdır ki, yerli mal rəqabətə davamlı olsun».
Ekspertin sözlərinə görə, «Azad İstehlakçılar Birliyi” USAİD-in dəstəyi təsis etdiyi “Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı”nı şərab istehsal edən müəssisələrə şamil edilməsini istəyib. Lakin Gəncə şərab zavodu istisna olmaqla heç birində müəssisədə qida təhlükəsizliyi məsələlərinə riayət olunmur. Yəni məhsulun xammaldan, tarladan stolun üstünə qədər izlənilməsi təmin olunur. Ölkədə əslində təhlükəli şərab, spirtli içkilər istehsal olunur.
Fizzə