Dünyanın hər yanından karikaturaçılar Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə özlərinin ironik münasibətlərini ifadə edirlər. Əlbəttə ki, karikaturalarla.
Karikaturaları demək olar ki, hamısında Putinin obrazı canlandırılır. Onların əksəriyyətində Rusiya ayı cildində göstərilir. Putin isə çara, Stalinə, Buratinoya bənzədilib.
Karikaturalarda Avropa Birliyi, ABŞ (prezident Barak Obama) və Almaniya (kansler Angela Merkel) da Rusiyanın qarşısında aciz duruma düşmüş formada göstərilərək, ironiya hədəfi olub. Karikaturalardan an maraqlılarını təqdim edirik: