«Avropa Şurasının baş katibi təcili toplantı keçirməlidir»
“Azərbaycan Avropa Konvensiyasının zəmanət verdiyi əsas azadlıqları sarsıdır”
Mərkəzi ofisi Londonda yerləşən Beynəlxalq Vəkillər Kollegiyası Assosiasiyası (IBAHRI) da Avropa Şurası Nazirlər Komitəsini Azərbaycanın vətəndaş cəmiyyəti üzvlərinin həbslərinin narahatedici tendensiyasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.
Xüsusilə, vəziyyəti müzakirə etmək və son həbsləri pisləyən qətnamə hazırlanmaq məqsədilə Avropa Şurası Baş katibini Komitənin təcili iclasıni keçirməyə çağırır.
Bu barədə assosiasiyanın məlumatında deyilir.
“Bu narahatedici və porodoksal hadisədə maraqlı olan məqam isə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinin sədri olmasıdır. Bu ölkənin öz yurisdiksiyasında vətəndaş cəmiyyətinə qarşı sərt olan dramatik hadisələr baş verir. Azərbaycan Avropa Şurasının demokratik dəyərlərini təmsil edən Insan Hüquqları üzrə Avropa Konvensiyasının zəmanət verdiyi əsas azadlıqları daha da sarsıdır”, – deyə IBAHRI-nin həmtəsisçisi Helena Kennedi bildirib.
O, əlavə edib ki, fundemental insan hüquqlarını qorumaq üçün Azərbaycanın yerli və beynəlxalq öhdəlikləri var. Azərbaycan iqtidarının əsas azadlıqları belə kobudcasına pozması tamamilə yolverilməzdir.
Assosiasiya buna nümunə olaraq, hüquq müdafiəçiləri Leyla və Arif Yunusların, Rəsul Cəfərovun, Intiqam Əliyevin həbsini, RATI-rəhbəri Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulması kimi faktları sadalayıb.
Bu faktları sadalayan IBAHRI Azərbaycan hökumətini vətəndaşları qarşısında qanunun aliliyinə hörmət etməyə və öz öhdəliklərini yerinə yetirməyə çağırıb.