Demokratik Azərbaycan Dünyası Partiyasının 70 fəalı partiyanın sıralarından istefa verib
Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, istefa verənlər bunun səbəbini belə izah ediblər: “DADP sıralarından istefa verməyimizə səbəb son zamanlar üzvü olduğumuz sözü gedən partiyada qeyri müəyyənliklərin olması, partiyanın 2009-cu il bələdiyyə və 2010-cu il parlament seçkilərində heç bir uğur əldə edə bilməməsi, həmçinin hakim Yeni Azərbaycan Partiyasının DADP-yə qarşı xüsusi qısqanclıqla yanaşması, YAP rəhbərliyinə daxil olan millət vəkillərinin DADP üzvlərinə qarşı təziqləri, aşağılamalarıdır. Bütün bunlara görə, DADP-dən istefa verərək bundan sonrakı ictimai-siyasi fəaliyyətimizi Gələcək Azərbaycan Partiyasının (GAP) sıralarında davam etdirəcəyimizi bəyan edirik”.