Bir neçə gün öncə YAP-çı millət vəkil Mübariz Qurbanlı müxalifətin gücünün YAP-ın bir rayon təşkilatından zəif olduğunu bildirmişdi. Xatırladaq ki, YAP funksionerləri zaman-zaman bu cür iddialarla çıxış edir, partiyanın 600000-dən çox üzvünün olduğunu əsas gətirirlər. Ancaq dəfələrlə sübut olunub ki, seçkidə iştirak edən yapçıların sayı, həmin ərazidə yaşayan yapçıların sayından 10 dəfələrlə az olub. Digər tərəfdən, YAP-la bağlı xəbərlərin saytlarda oxunma sayı 0-30 arasında müşahidə olunur.
AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli bununla bağlı redaksiyamıza müraciət ünvanlayıb. O, Mübariz Qurbanlının dediklərinin yalan olduğunu sübut etmək üçün təklif irəli sürür:
“Mən AXCP Rəyasət Heyətinin üzvi olaraq partiyadakı statusum Mübariz Qurbanlının partiyasındakı statusu ilə eynidir. Təklif edirəm ki, YAP paytaxtın mərkəzi meydanlarının birində xalqın dəstəyi ilə bağlı çağırış etsin və mitinq keçirsin. Hətta nəinki partiyanın strukturları, dövlətin gücündən də, inzibati resurslardan da istifadə etsinlər(onsuz da edəcəklər). Elə həmin meydanda bir həftə sonra AXCP olaraq biz eyni məzmunlu aksiya keçirək. Insanların ora gəlməməsi üçün dövlətin gücündən də istifadə etsinlər(onsuz da edəcəklər). Baxaq görək nəticə necə olacaq?”.
İlham