AXCP sədrinin müavini Fuad Qəhrəmanlı post-neft dövründə Aəzrbaycan hakimiyyətini gözləyən çətinliklərdən və bunun doğuracağı nəticələrdən yazıb. Fuad Qəhrəmanlının şəxsi "facebook" səhifəsindən paylaşdığı yazını təqdim edirik:
"İlham Əliyev iqtidarı post-neft dövrünün tələb və şərtlərinə məğlub olmağa məhkumdur. Ona görə də müxalifətə qarşı aqressiv davaranışlar, həbslər hakimiyətin ömrünü uztmağa təminat vermir.
İndiyə qədər neftdən gələn böyük pullar büdcəni doldurmaq üçün hakimiyyətdən ağıl və qabiliyyət tələb etmirdi. Xarici şirkətlərin çıxarıb bazarda satdığı neftdən, ölkəmizin payına düşən böyük gəlirlər hakimiyyətin səriştəsizliyini, idarəetmədəki bacarıqsızlığını örtməyə imkan verirdi. Ancaq indi vəziyyət dəyişib, daha böyük neft pulları gəlməyəcək.
Görünən odur ki, hakimiyyətin yeni dövrdə iqtisadiyyatı inkişaf etdirmək üçün ciddi bir proqramı, strateji yanaşamsı və alətləri yoxdur. Hətta nəzəri sənədlər olsa da belə, onları həyata keçirmək üçün hüquqi və iqtisadi şərtlər təmin olunmayıb. Üstəlik hakim komandanın total şəkildə korrupsiyalaşması vəziyyəti müsbətə doğru dəyişmək imkanlarını daha da azaldır.
Qısası mövcud iqtidar islahatlar yolu ilə neft böhranından yeni iqtisadi münasibətlərə keçmək üçün islahatlar aparmağa qabil deyil. Bu isə o deməkdir ki, cəmiyyətdə sosial narazılıqlar getdikcə dərərinləşəcək, işsizlik artacaq, onsuz da zəif olan orta və kiçik sahibkarlıq tənəzzül edəcək və ən təhlükəlisi də manatın məzənnəsi düşməkdə davam edəcək. Bütün bu proseslərin qarşsını almaq mümkün olmayacağına görə iqtisadi böhran hakimiyyəti bütövlükdə narazı cəmiyyətlə qarşıdurma vəziyyətinə itələyəcək. Belə bir şəraitdə iqtidarın xarici mənbələrdən böyük miqdarda kreditlər götürməsi yalnız vaxtı bir qədər uzada bilər,ancaq bu çıxış yolu ola bilməz. Çünki bu kreditlər də neft gəlirləri kimi korrupsiyanın qurbanı olacaq.
Gəlirlərin azalması həm dəcdövlət vəzifəssinə və qulluğuna gəlir imkanı kimi baxam məmurlar arasında da narazılığı artıracaq, onların hakimiyyəti müdafiə etmək üçün əsas saydıqları iqtisadi maraqları təmin olunmayacaq.
Belə bir vəziyyətdə dəyişiklik və açılım tələblərinə cavab vermək əvəzinə, iqtidarın yenə də köhnə qaydada müxalif fəallara qarşı həbs və təzyiq üsullarına əl atması işə yaramayacaq. Çünki hakimiyyət yalnız müxalifətlə deyil, narazı və qəzəbli xalqla üz-üzə qalmalı olacaq. Bu cür üsullar o zaman effekt verə bilər ki, insanların tələblərini ödəyəcək iqtisadi islahatılar həyata keçrilsin və hakimiyyət siyasi dəyişikliklər tələb edənləri susudurmaqla xalqın narzılığının hədəfi olmaqdan qurtula bilsin. Ancaq yuxarıda dediyimiz səbəblərdən bunun əksi gözlənildiyi üçün, narazı insanlar kütləvi şəkildə meydanlara çıxmağa başlayanda ənənəvi zorakılıq üsulları əks effekt doğurur. Üstəlik güc strukturlarının sıravi heyəti də öz üzərində xalqın çəkdiyi mərhumiyyətləri hiss edəcəyinə görə, hakimiyyətin vuran əli gücdən düşməyə məhkum olacaq.
Beləcə iqtisadi böhran siyasi böhrana keçərək ölkədə rejim dəyişikliyinə yol açacaq. Qısaca ifadə etsək, mövcud iqtidarın müxalifətə uduzmağı post neft dövrünün iqtisadi proseləri qarşsındakı məğlubiyyətlə şərtlənəcək".