Əli Həsənov ölkə başçısının köməkçisi oldu; Onu Ramiz Mehdiyevin yerinə hazırlayırlar?
Prezident Adminstrasiyasnın şöbə müdiri Əli Həsənov ölkə başçısı Ilham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib. İlham Əliyev bu barədə dünən sərəncam imzalayıb.
Ölkə başçısının bu təyinatı bəzi mülahizələrə səbəb olub. Bəzi ehtimallara görə, Əli Həsənovun köməkçi vəzifəsinə təyin olunması və bununla ölkə başçısı ilə daha sıx təmasının təmin olunması onun perspektivdə daha da irəli çəkilməsi ola bilər. Güman olunur ki, Əli Həsənov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin postuna hazırlanır. Yer gəlmişkən, Əli Həsənovla bağlı yeni təyinat Ramiz Mehdiyevin ortada olmadığı vaxta təsadüf edir. Bəzi mülahizələrə görə, nurçu məsələsində Ramiz Mehdiyevlə maraqları toqquşan Əli Həsənov artıq Paşayevlərin komandasının önəmli fiqurlarındandır. Bu qruplaşmanın isə uzun müddətdir Ramiz Mehdiyevi əvəzləmək niyyəti var. Idarəetmə baxımından bu təyinatın lüzümsuz olması da məsələnin kökündə başqa məqsədlərin dayandığını söyləməyə əsas verir.