“Repressiyalarla, gündəmi dəyişməklə başlanmış hərəkatın qarşısını ala bilməyəcəklər”
Əli Kərimli: “Mübarizəmizin yeni mərhələsi qalibiyyətlə başa çatacaq”
İctimai Palata fevralən 9-da növbəti sessiyasını keçirdi. Sessiyanın bu dəfəki işinə
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli rəhbərlik edirdi. Sessiya ənənəvi olraq ötən müddətdə Koordinasiya Şurasının işənə sədrlik edən Zəfər Quliyevin hesabatının dinlənilməsi ilə başladı.
Daha sonra gündəlikdəki əsas məsələ – ictimai-siyasi vəziyyət müzakirlə olundu. Çıxış üçün ilk söz AXCP sədri Əli Kərimliyə verildi.
Xalqımızın əzabları hesabına özünə var-dövlət toplayanlar ifşa olunmalıdır
AXCP sədri yola saldığımız yanvar ayının siyasi hadisələrələ zəngin olmasını xatırlatdı və bunu çox ciddi siyasi proseslərin anonsu adlandırdı:
“Ötən ayın ciddi hadisələrindən biri Avropa Şurasında Azərbaycanla bağlı dinləmələrdi. Avropa Şurasında Azərbaycanla bağlı bir ümumi hesabat qəbul olunsa da, Ştrasserin bir neçə ilə hazırladığı siyasi məhbuslarla bağlı məruzə çox təəssüf ki, qəbul olunmadı. Bundan dərhal sonra Azərbaycan hökuməti ölkə daxilində böyük kampaniya başladı ki, artıq öz standartlarını Avropa Şurasına da qəbul etdirə bilir. Faktiki özlərinin orta əsr feodal dəyərlərinin Avropada qalib gəlməsinin təntənəsini qeyd elədilər. Eyni zamanda bundan öz aləmlərində kart-blanş kimi istifadə edib, dərhal repressiyanı gücləndirmək siyasəti həyata keçirdilər. Bu, çox acınacaqlı haldır. Bizim bu məsələyə adekvat münasibətimiz olmalıdır. Qərb strukturları ilə münasibətlərimizdə tam ədalətli mövqedən çıxış etməliyik – Azərbaycanı müdafiə edənlərin – Andres Herkel, Andreas Qross, Ştrasser, Kleyfard kimi insanların mövqeyinə dəstək verməli, eyni zamanda Azərbaycan xalqının maraqlarını, öz qazanclarına, kürüyə qurban verənləri adbaad çox sərt tənqid etməliyik. Təkcə burada yox, həm də həmin insanların ölkəsindəki mətbuata yol tapılıb Azərbaycan xalqının əzabları, həbsxanada keçən ömürlər hesabına özünə var-dövlət toplayanlar ifşa olunmalıdır. Biz artıq belə açıq məktublarla Avropa Şurasına müraciət etmək fikirindəyik. Bu, ancaq Avropa Şuirasına münasibətdə belə olmamalıdır. Heç bir komplekssiz, rahatlıqla Azərbaycan xalqının yanında olan hər kəslə dost olmalı, xalqımızın maraqlarına zidd gedənlərin qarşısında dayanmalıyıq.
Tofiq Yaqublunun həbsi hakimiyyətinin mənəviyyatsızlıq ölçüsü kimi qiymətləndirilməlidir
Yanvarda baş verən hadisələr göstərdi ki, etiraz hərəkatının mərkəzləri artıq çoxalıb. Yalnız İctimai Palata və müxalifətlə məhdudlaşmır bu ünvanlar.
Hətta bəzi hallarda etiraz hərəkatının mərkəzləri regionlara keçir. Belə bir vəziyyətdə Azərbaycan hökuməti yeni taktikasını seçməli oldu. Əlbəttə, hələ ki, hökumətin bu etirazlara yanaşmasında tərəddüd hiss olunur. İsmayıllıdakı hadisələrin genişlənməməsi, ondan sonra İmişlidə, Zaqatalada etirazların qarşısının alınması üçün ordakı insanların ayağına getdilər, onların tələblərini nəzərə aldılar. Bu, əslində yaxşı simpitom idi. Hökumətin yanaşması belə də olmalıdır. Amma hökumət özünə xəyanət etmək istəmir. İstəmir ki, bizdə onun dəyişə biləcəyi haqda təəssürat yaransın. Hər fürsətdə anons edir ki, mənəviyyatsız idarəetmə prinsipinə, qəddar, zalım siyasətinə sadiqdir. Ona görə də özlərinə gələn kimi repressiyalara başladılar.
“Binə” ticarət mərkəzində cinayət işi başlandı və digər sahibkarlardan pul toplanıldı. Faktiki “Binə”də baş verənlərdən sahibkarların repressiyası üçün istifadə edirlər.
İsmayıllıda cinayət işi başlanılıb. Azərbaycan əhalisinin müəyyən bir hissəsini qisas məqsədi ilə, qorxutmaq üçün həbs edirlər. Ən vacibi isə hökumət ölkənin iki tanınmış simasını bu hadisələrdən istifadə edərək həbs edib.
Tofiq Yaqublunun bu hadisələrdən sonra həbsi yalnız böhtan deyildi, yalnız ədalətsiz qərar deyildi, həm də anti-insani qərar idi. Hökumət bununla Azərbaycan cəmiyyətinə mesaj verdi ki, onda insanlıq hissi yoxdur. Nigarla bağlı qərar hələ quüvvədəykən bu ailə ilə bağlı ikinci haqsız qərarın verilməsi məhz Azərbaycan hakimiyyətinin mənəviyyatsızlıq ölçüsü kimi qiymətləndirilməlidir.
Eyni zamanda hazırda prezidentliyə namizədliyini irəli sürən, Azərbaycan siyasətində kifayət qədər tanınmış İlqar Məmmədovun həbs olunması bütün dünyaya mesajdır ki, onların Azərbaycan hakimiyyətinə loyal münasibətindən səhv nəticə çıxarıblar.
Biz çəkinmədən beynəlxalq birliyə açıq həqiqətləri deməliyik ki, hansısa bəzi şəxsi mülahizələrə görə Azərbaycan hökumətinin anti–xalq, anti-demokratik siyasətinə loyal yanaşmalar sonradan böyük bir hesaba çevirilib xalqın qarşısına qoyulur.
Bu həbslərin həyata keçirilməsində baş verənlərə biganə yanaşan beynəlxaq dairələrin də məsuliyyəti var.
Əkrəm Əylislidən daha pisini edənlər
Azərbaycan hakimiyyətinin baş verənlərə münasibəti bir tərəfdən repressiyaları atrırmaq, xalqla hesablaşmaq niyyətində olmadığını nümayiş etdirməkdirsə, o biri tərəfdən də fürsət tapıb gündəmi intriqalara, daxili qarşıdurmalara dəyişməkdir. Son günlər Əkrəm Əylislinin yazdığı “Daş yuxular” romanı ilə bağlı aparılan kampaniya da bu qəbildəndir. Yeri gəlmişkən, bu barədə də mövqeyimi bildirmək istərdim.
Əkrəm Əylislinin yazdığı o uğursuz romanda tarixi həqiqətlər saxtalaşdırılıb, Azərbaycan xalqına böhtan atılıb, milli və dini heysiyyatına toxunulub. Bütövlükdə milli maraqlarımıza zidd mövqe ortaya qoyulub. Bizə qarşı istifadə etmək üçün düşmənə yaxşı təbliğat vasitəsi bəxş edilib. Amma eyni zamanda bundan istifadə edib, yazıçının üzərində orta əsrlərə xas inkvizisiya məhkəməsi qurmaq, əsərinə görə yazarı, bütün ailəsini repressiya etmək, onu hədələmək, təhdid etmək və bütün bu əməllərlə dünyanın bu əsərə diqqətini daha da artırmaq nəinki anti-demokratik yanaşmadır, həm də Azərbaycan xaqlının milli maraqlarına ziddir.
Bu gün vətənpərvərlik maskası altında bu iyrənc kampaniyanı aparan adamlara demək istəyirəm ki, Əkrəm Əylislinin yazdığı o əsər milli maraqlarımıza nə qədər ziddirsə, sizin hərəkətləriniz də həmin milli maraqlarımıza ikiqat zərbədir.
Bütün xəbəri olmayanlara xəbər verdiniz, marağı olmayanları maraqlandırdınız. Romanı reklam, müəllifi təqib etməklə bütün dünyanın əlinə Azərbaycana qarşı istifadə etməyə yaxşı vəsait verdiniz. Bunu siz etdiniz. Özünüzün daxili maraqlarınıza görə, gündəmi dəyişmək, vətənpərvər maskanızı möhkəmləndirmək marağınıza görə ölkənin həqiqi maraqlarını tapdaladınız.
Hadisələr ölkədə çox ciddi keyfiyyət dəyişikliyindən xəbər verir
Əlbəttə ki, sizlərlə, eləcə də bu zalda olmayan xalq hərakatı yetirmələri ilə birlikdə uzun illər ərzində mübarizəni bir gün də dayandırmamışıq. Bu şərin qarşısında ədaləti, demokratiyanı qorumaq üçün çox böyük məhrumiyyətlər yaşamışıq.
Lakin bu ilin yanvarında baş verən proseslər o cəhəti ilə fərqlənir ki, mübarizə bütövlükdə və yalnız bizim üzərimizdə qalmır, bizim uzun illər meydana çağırdığımız, mübarizəyə səslədiyimiz xalqımız çağırışımıza səs verir. İndi artıq xalq özü meydana çıxır. Baş verən keyfiyyət dəyişikliyi bundan ibarətdir.
Bu yeni mərlənin digər göstəricisi protest hərakatın mühüm bir alət, mexanizm əldə etməsidir. Bu, internetdir, milyonları əhatə edən informasiya şəbəkələridir.
Belə bir şəraitdə Azərbaycan müxalifəti, onun avanqardı olan İctimai Palata yeni situasiya üçün özünün taktika və strategiyasını müəyyənləşdirməlidir. Hesab edirəm ki, Azərbaycanda başlamış bu yeni mərhələ qalibiyyətlə başa çatacaq.
Bizi arada bir saxlamağa çalışacaqlar. Repressiyalarla, gündəmi dəyişməklə müvəqqəti tənəffüs əldə edə biləcəklər. Amma bütövlükdə bu proses daha geri dönməyəcək. Necə ki, 88-ci ildə başlamış hərəkat milli azadlığın əldə edilməsi ilə başa çatdı, indiki hərəkat da demokratiya və şəxsi azadlıqlara yetişəndə yekunlaşacaq. O vaxta qədər bu proses yüksələn xətlə gedəcək. Hökumət də öz xislətinə sadiq qalaraq repressiyalarını davam etdirəcək. Ona görə də biz indidən iki taktiki məsələni həll etməliyik.
İki vacib məsələ
Onlardan biri budur ki, insan hüquqlarının müdafisəinin daha təkmil mexanizmini formalaşdıraq. İnsan hüquqlarının müdafiəsi avtoritar rejim üçün vacib sahə olmalıdır və biz təşviq etməliyik ki, ölkənin bütün vətəndaş cəmiyyəti bu sahədə işlərini əlaqələndirib koalisiya yaratsın.
İkincisi, bir halda ki yeni mərhələ gəlir və biz bu mərhələnin əzabkeşləri olacağıq, deməli, yeni həbslərə də hazırlıqlı olmalıyıq. Ona görə də indidən həbs olunanların, onların ailələrinin təminatının mexanizmini yaratmalıyıq. Bütövlükdə cəmiyyət miqyasında başlanan xoş nümunələrdən istifadə olunmalıdır. İanələr toplamalı, repressiya olunanların müdafiəsi işənə hamılıqla qoşulmalıyıq.
Biz indidən təmin etməliyik ki, dara düşən insanlarımız özlərini, ailələrini təklənmiş hiss etməsin. Mübarizəyə qoşulan hər bir şəxs bilməlidir ki, onun başına bir iş gəlsə özü, ailəsi demokratik düşərgənin diqqətində olacaq.
Və nəhayət, baş verənlərdən bizim üçün vacib olan iki nəticə: Yeni stusaiya tələb edir ki, Azərbaycanda dəyişiklik, demokratiya üçün çalışan bütün qüvvələrin səyləri əlaqələndirilməlidir.Bunun mexanizmini tapmalıyıq. Yanvar ayında çalışdıq ki, keçirdiyimiz əksər tədbirlər yalnız İctimai Palatada təmsil olunanlarla yox, ondan kənardakı siyasi partiyaların, ziyalılarin iştirakı ilə baş tutsun. Bu siyasət davam etməlidir. Biz tələsmədən, həm də gecikmədən konsensusa gəlməli, daha böyük birliyə nail olmalıyıq. Çünki hərəkat böyüdükcə, Azərbaycanın regionları bir-bir ayağa qalxdıqca, etiraz hərəkatını koordinasiya edilmiş, ağıllı, savadlı şəkildə idarə etməkdən ötəri çox ciddi müxalifətdaxili əməkdaşlıq modelinin tapılmasına ehtiyac yaranır.
Bilməliyik ki, cəmiyyətin mübarizəyə hamılıqla başlaması, o cümlədən kənardan bizim çağırışlara pozitiv yanaşması bizim, müxalifətin avanqard qüvvəsinin məsuliyyətini azalatmır, əksinə artırır. Bu gün Azərbaycanda güclü müxalifətin olmağı təkcə siyasi zərurət deyil, milli vəzifədir. Baxın, bir təfərdə öz haqları uğurunda mübrarizəyə qalxan xalq, o biri tərəfdə hər vasitəni hakimiyyətdə qalmaq üçün məqbul bilən hökumət var. Əgər güclü, nüfuzlu, idarəolunan bir xalq hərəkatı modeli tapılmasa, hökumət həmin o siyasi təcrübəsi az olan və bir sıra hallarda öz lokal problemlərini daha üstün hesab edən insanları təxribata çəkə, qarşıdurma yarada bilər və bu qarşıdıurma daha böyük ziddiyətlərə gətirib çıxara, bununla da ölkədə proseslər ümumiyyətlə nəzarətdən çıxa bilər. Mən deyə bilmərəm ki, hakimiyyət də bu məsələdə maraqlı deyil. Ona görə də prosesslərin dinc məcaradan çıxmaması üçün hər bir rayonda, hər bir kənddə təşkilatlanmış, güclü müxalifət bizim yeganə silahımız ola bilər.
Kütləvi aksiyalarla bağlı..
Biz həbs olunan yoldaşlarımızı müdafiə etməliyik. Onların müdafiəsi üçün aksiyalar da keçirməliyik və bu, bizim gündəmimizdən heç vaxt çıxmayıb. Amma biz özümüzün gündəliyimizdə olan məsələlər – məhbusların müdafiəsi, seçki islahatları ilə bağlı müəyyən aksiyaları keçirmək şərti ilə çalışmalıyıq ki, etiraz aksiyaları ümummilli vəzifələrlə bağlı və hamı ilə bir yerdə olsun.
İctimai Palata olaraq əsas məsuliyyətin bizim üzərimizdə olduğunu anlayaraq, mübarizəni hamı ilə bir yerdə aparmağa çalışmalıyıq. O cümlədən Azərbaycan gəncliyinin mübarizəyə aktiv şəkildə müdaxiləsini alqışlamalıyıq. Onlara izah etməliyik ki, bəzilərinin orda-burda nə deməsinə baxmayaraq, yeni qüvvələrin siyasət meydanına atılmasına qısqanmırıq, əksinə sevinirik. Biz uzun illərdir onları gözləmişik, onlara ümid etmişik. Çalışmışıq ki, prinsiplərimizdən dönməyək, mübarizə xəttini o yeni nəsilin gəlməsi üçün saxlayaq. Bax o yeni nəsil gəlir, o nəsil bizim ardıcıllarımızdır və biz mübarizəni bir yerdə aparacağıq.
***
Əli Kərimlinin çıxışından sonra müsavatçı İP üzvləri Səxavət Əlisoy, Sabir Məmmədli Palata daxilində islahatrların vacibliyindən danışdılar. S.Əlisoy İP daxilində analtik mərkəzin yaradılmasını təklif etdi. Sabir Məmmədli isə İP-in parlamentli quruluşun tərəfdarı olduğu barədə aydın mövqe göstərməsini istədi. O eyni zamanda AXCP sədri Əli Kərimlidən və cəbhəçilrədən xahiş etdi ki, 2014-cü ilədək Müsavat partiyasına kart-blanş versinlər.
***
İP üzvü, AXCP sədrinin müavini Nurəddin Məmmədli müxalifətdaxili birliyin önəmindən danışdı. O bildirdi ki, birliyin zəifliyi Azərbaycanı gözləyən təlatümlü günlərdə ciddi təhlükə yarada bilər. O dini kəsimlə demokratik düşərgə arasında əməkdaşlıq səylərini gərəkli saydı.
***
İP KŞ üzvü Pənah Hüseyn isə çıxışında dedi ki, hakimiyyət və onu dəstəkləyənlər minanın üzərində əyləşiblər: “Bu hakimiyyət və onu müdafiə edənlər bilsinlər ki, onlar minanın üzərində oturublar. Ölkə istər dinc, istərsə də inqilabi dəyişiklik üçün yetişib. Müxalif düşərgədə isə hələ də hamı birlikdən danışır. Amma heç kim birlik istiqamətində addımlar atmır.
2013-cü il seçkilərinə hazırlıq barədə də danışan P.Hüseyn İctimai Palatanın seçki ilə bağlı irəli sürdüyü təkliflərin hələ də kağız üzərində qaldığını söylədi: “Biz bundan əvvəlki sessiyalar zamanı İctimai Palatanın seçki qərargahının formalaşdırılması və bu yöndə atılacaq addımlar barədə geniş müzakirələr aparıb qərarlar qəbul etdik. Həmin qərarların indiyə kimi icra olunmaması məni hədsiz dərəcədə narahat edir.
***
AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli isə aksiyalarda cərimələnən fəallara dəstək vermək üçün fondun yaradılması təklifi ilə çıxış etdi: “Bu gün gənclər təşkilatının hansısa bir üzvü çıxıb “5 qəpik” aksiyası təşkil edirsə və cəmiyyətdən çox böyük dəstək alırsa, biz bu uğura sevinməliyik”. O, bütöv bir mübarizə modelini ortaya qoymağa çağırdı.
***
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə qələbə üçün cəmiyyətin səfərbərliyini ən başlıca faktor kimi vurğuladı: “Bir həqiqəti qəbul etməliyik ki, Qərbdən gələn çağrışlarla, bəyanatlarla bu ölkədə dəyişikliklər ola bilməz. Xalq olaraq mübarizəyə hazır olsaq və hakimiyyətin təzyiqləri qarşısında geri çəkilməsək, dəyişikliklərə nail olacağıq. Qərb yalnız bu halda Azərbaycanda rejim dəyişikliyini dəstəkləyəcək. Əks təqdirdə, Qərbdən dəstək ummağın mənası yoxdur.
Əkrəm Əylisliyə qarşı aparılan kampaniyaya son qoyulmalıdır
Müzakirələrin sonunda Müsavat başqanı İsa Qəmbər çıxış etdi. “Yanvar ayında ölkənin ictimai-siyasi həyatında yetərincə hadisələr baş verib. Binə və İsmayıllı hadisələri, Bakının mərkəzində keçirilən izdihamlı aksiyalar və mənim Lənkəran səfərim bizə olduqca maraqlı bir ay yaşatdı. Mənzərə bizə kifayət qədər aydınlaşdı” deyə çıxışına başlayan İsa Qəmbər daha sonra Əkrəm Əylislinin yazdığı romanla bağlı aparılan kampaniyaya toxundu: “Əsər Azərbaycan xalqı tərəfindən birmənalı qarşılanmır. Hər bir yazıçının, fikir adamının söz azadlığı var və hər kəs bu azadlığa hörmətlə yanaşmalıdır. Biz Əkrəm Əylisliyə qarşı olan hücumları da dəstəkləmirik. Hakimiyyət Əkrəm Əylisliyə qarşı az qala terrora çağırış edir. Bu, hakimiyyətin bolşevik təfəkküründən irəli gəlir. Əkrəm Əylisliyə qarşı aparılan bu kampaniyaya son qoyulmalıdır və yazıçı digər Azərbaycan vətəndaşları kimi qorunmalıdır.
Birlik üçün əməkdaşlığa hazırıq
İsa Qəmbər müxalifətin birliyi ilə bağlı səsləndirilən tənqidi fikirlərə də münasibətini bildirdi: “Biz birlik modelini İctimai Palatada ortaya qoymuşuq. Hədəfimiz ölkədə köklü demokratik dəyişikliyə nail olmaqdır. Bu istiqamətdə digər təşkilatlarla funksional əməkdaşlığa hazırıq”.
İsa Qəmbər çıxışı zamanı Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədovun həbsinə də münasibət bildirdi: “Tofiq və İlqar bəyin həbsi, ümumiyyətlə İsmayıllı hadisələrinə görə aparılan həbslər onu göstərir ki, hakimiyyət öz varlığını qorumaq üçün hər cür çirkinliyə əl atmağa hazırdır. İsmayıllıdakı hadisələr xalqımızın əzmini göstərdi. İsmayıllıda xalq ayağa qalxanda baxmırdı ki, onun yanındakı şəxs hansı partiyanın üzvüdür. Cəmiyyət vəziyyətdən narazıdır. Bu səbəbdən sosial partlayışlar baş verir. Ölkədə özünü qorumaq istəyən hakimiyyət var və bu hakimiyyət özünü qorumaq üçün hər şeyə əl atmağa hazırdır. Azərbaycan xalqı ümumxalq hərəkatına tam hazırdır. Biz hakimiyyətin xalqa qarşı cinayətkar siyasətinə son qoymasına nail olmalıyıq. Artıq ümumxalq hərəkatına hazırlığın ən yüksək mərhələsindəyik. Bizim üzərimizə düşən əsas məqsəd hərəkət etmək, addım atmaq və doğru qərar qəbul etməkdir.
Seçki kampaniyası barədə də danışan İsa Qəmbər bildirdi ki, bu istiqamətdə müəyyən addımlar atılıb: “Hələlik rəsmi seçki kampaniyası başlamayıb. Bizim Lənkəran səfərimiz zamanı bütün bölgədə hakimiyyət qüvvələri ayaq üstündə idi. Həmin bölgədə müxalifətin təbliğatı getdi. Hakimiyyət qorxu içərisində idi. Bu kimi addımlar atılmalıdır ki, hakimiyyətin cinayətkar siması üzə çıxsın. Keçirilən kütləvi aksiyalar hakimiyyətin simasını bir daha açıq-aşkar ortaya qoydu. Biz hakimiyyətin mövqeyini, ölkədə seçki mühitinin olmamasını ifşa edirik. Hakimiyyət tərəfindən qanunların, konstitusiyanın necə tapdalandığı göstəririk.
***
Tədbirə yekun vuran Köçəri Nağıbəyli səsləndirilən fikrilərin və təkliflərin İctimai Palatanın Koordinasiya Şurası tərəfindən müzakirə olunacağını bildirməklə sessiyanı bağlı elan etdi.
Natiq