“Silahları üstümüzdən çəkin” deyənlərin üzərinə əlidəyənəkli polislər hücum çəkdi
Ictimai-siyasi fəallar ötən gün Ismayıllıda dinc əhaliyə divan tutulamsına, eləcə də “Binə” ticarətçilərinə qarşı zorakılıq edilməsinə etiraz məqsədilə Bakının mərkəzi küçələrinində aksiya keçirdi. “Silahları üstümüzdən çəkin” şüarı ilə keçirilən nümayişdə 100-dən çox adam həbs olundu…
Gənclərin “B” variantı və İsmayıllıya, “Binə”yə dəstək mitinqi
Mitinq saat 15:00-a “Fəvvarələr” meydanına təyin olunsa da, məkan dəyişdirildi. Səbəb isə sözügedən ünvanın bir neçə saat öncədən polis tərəfindən mühasirəyə alınması idi. “Fəvvarələr”ə yalnız jurnalistlər buraxılırdı. Hətta yoldan ötənlərin belə qarşısı alınırdı.
Məkanın dəyişdirilməsinə baxmayaraq aksiya vaxtında başladı. Sosial şəbəkələr vasitəsiylə aksiyanın təşkilatçıları “B” varianta əl atdılar. Onlar etirazçıları metronun “Sahil” stansiyasının qarşısında olan bağa dəvət etdilər.
Jurnalistlər “Sahil” bağına çatana qədər artıq polislər oranı da mühasirəyə almışdı. Çevik Polis Alayının dəstəsi dəbilqələrlə bağın dörd bir tərəfini mühasirəyə almışdı. “Fəvvarələr” meydanına gətirilən suvuran maşın da tezliklə burada “peyda” oldu.
Az sonra gənclərin səsi aləmi bürüdü. “Ismayıllı yatmayıb, Qeyrətini satmayıb!”, “Ismayıllı oyaqdı, Bakı ona dayaqdı!”, “Silahları rədd edin!” şüarları ilə bir qrup fəal meydanın mərkəzinə dorğu hərəkət etdi. Bundan əndişələnən polislərin hamısı onların üstünə şığıdı. Gənclərin bir qismi həbs olunsa da, başqa bir hissəsi qaçaraq şüarları səsləndirməyə başladı. Bu zaman bağa o biri hissədən gənclər daxil oldu. Bu qrupu gəlişi ilə polis sanki özünü itirmiş kimi hərəkət etməyə başladı. Çevik Polis Alayının qrupu dağınıq formada gənclərə hücum etməyə başladı.
Daha bir qrup – əsasən “Nida” Vətəndaş Hərakatının, AXCP və Müsavat gənclər təşkilatlarının üzvlərindən ibarət kalon “Sahil” bağına daxil oldu. Polis qüvvələri onlara da hücum etdi. Bu zaman AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP rəyasət heyətinin üzvü Sahib Kərimli, gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı, partiya fəalları Kamran Sanatürk, Xanım Mustafayeva, Ramin Musayev, Müsavatın üzvləri Yeganə Hacıyeva, Nərgiz Yaqublu, Elçin Cərullazadə, ADP gənclər təşkilatının sədri Cəmil Hacıyev, “Nida”çılar Turqut Qəmbər, Zaur Qurbanlı, Aygül Pəncəliyeva, jurnalistlər Şahvələd Çobanoğlu, Xədicə Ismayıl, Ümid Partiyasının funskioneri Aynur Imranova, hüquq müdafiəçisi Məlahət Nəsibova, vəkil Intiqam Əliyev həbs olundular. Yeganə Hacıyeva həbs ediləndə ciddi xəsarət aldı. Onun sonradan kəllə-beyin travması ilə xəstəxəyanaya yerləşdirildiyi bildirilir.
Həbslərə baxmayaraq gənclərin bir qismi yenə də polislərin əllərindən qurtulub bulvara doğru hərəkət etdi.
Polislərin rəhbəri meqafonla vətəndaşlara səsləndi: “Sizə ayrılan ünvanlarda mitinq keçirin, insanların istirahət hüququnu pozmayın”. Etirazçıları vətəndaşların istirahət hüququnun pozulmasında günahlandıran həmin polis əməkdaşı az sonra Çevik Polis Alayına bağa istirahət üçün gələn bütün insanları ərazidən çıxartmağı göstəriş verdi.
YAP-çılar mitinqdən əsəbləşdilər
“Sahil” bağıyla üzbəüz yerləşən YAP-ın mərkəzi qərargahından partiyanın icra katibi deputat Əli Əhmədovla müavini Siyavuş Novruzov tez-tez eyvana çıxaraq hadisələrin gedişatını izləyirdilər. Insanların çoxluğu deyəsən deputatların narahatlığına səbəb olmuşdu. Əgər belə olmasaydı, onlar hər dəfə eyvana çıxandan sonra qaşqabaqlı geri qayıtmazdılar. Video kadrlara baxanda Əli Əhmədovla Siyavuş Novruzovun bu hərəkətləri açıq-aydın sezilir.
Nəsə, keçək aksiyaya. “Sahil” bağında polislərin cəngindən qurtulan gənclər metro istiqamətiylə bulvara doğru hərəkət etdilər. Bundan xəbər tutan başqa gənclər də onların arxasınca irəlilədilər. Təxminən on dəqiqə gözləntidən sonra böyük bir kalon yaradaraq bulvarda hərəkət etməyə başladılar. Gənclər bir neçə yüz metr irəliləyərək “Binə”dən əl çəkin!”, “Ismayıllı oyaqdı, Bakı ona dayaqdı!”, “Ali baş ünsür, cavab ver bizə!” və başqa şüarları sələndirdilər. Polis əraziyə gələnə qədər aksiyanı dağıtmaq üçün mülki geyimlilər meydana atıldılar. Ancaq onların fəaliyyəti bir işə yaramadığı üçün bir az gözləməli oldular. Çevik Polis Alayı gələndən sonra aksiyaçılara hücum etdilər. Mülki geyimlilərdən birinə yaxınlaşan jurnalistlər onun kimliyini soruşdular, polislər izi itirmək üçün onu da həbs edib maşına apardılar. Etirazçılardan AXCP fəalları Nihad Hüseyn, Dadaş Dadaşov, bitərəflər Mürsəl Əliyev, Rüstəm Salahlı, Vüsal Hacıyev və başqaları həbs olundu.
Həbs olunanlar məhkəməyə və Qobustana aparıldılar
Bulvardakı aksiyadan sonra daha bir qrup “Fəvvarələr” və “Sahil”də etiraza başladı. “Fəvvarələr”də hakimiyyətin təxribatçılarından biri müxalifəti tənqid Əliyev rejimini isə mədh etməyə başladı. Imitasiya naminə polislər onu da həbs etdilər. Daha sonra bitərəf gənclər iki-iki, üç-üç “Azadlıq”, “Istefa” şüarlarını səsləndirdilər.
“Sahil” bağına isə Pedaqoji Universitetin qarşısından 50-dək gənc fəal daxil oldu. Polis onlara hücum edib, avtobuslara mindirdi. Bundan sonra bir neçə gənc şüarlar səsləndirərək polislərlə qaçdı-tutdu oynadı. Təxminən iki saat davam edən aksiyada son nöqtəni “Silahları rədd edin!” şüarını əlində tutan gənc qoydu. O mərkəzə doğru irəliləyərək sakit şəkildə polsilərin üstünə getdi. Asayiş keşikçiləri isə ona qarşı zorakılıq edərək həbs etdilər.
Tutulanları Xətai, Nəsimi və Səbail rayon polis idarələrinin bölmələrinə apardılar. Gecə saatlarına qədər polis idarələrində saxlanıların bir qismini maşınla Qobustan istiqamətinə aparıb yolda düşürdülər, başqa bir qisminin işi isə məhkəməyə getdi.
“Sizdən güclülər gedib, siz də gedəcəksiniz”
Gənclərin keçirdiyi aksiyaya müxalifət liderləri də öz münasibətini bildirib.
AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində aksiyaya belə münasibət bildirib: “Mübariz gənclər və ictimai-siyasi fəallar Ismayıllıda əzilən, səsi batırılan xalqla həmrəylik aksiyası keçirtdilər. Sağ olsunlar. Bu aksiya ilə Ismayıllılar özlərinin tənha olmadıqlarını hiss etdilər. Bu çox mühüm idi. Hökumət bu gün etirazçılarla qəddar davrandı. Bununla da xalqa mesaîj verdi ki, yaxınlaşan xalq həyacanının qarşısını almaq üçün başını deyil, qollarını işlətməkdə qərarlıdır. Təəssüf ki, hamı üçün, xüsusən də hakimiyyətdəkilərin özləri üçün çox pis seçimdir. Hələ də anlamayıblar ki, bəşəriyyət ümumxalq nifrətinə qalib gələ bilən silah kəşf etməyib. Belə davranışlarla isə hökumət xalqın yalnız nifrətini qazana bilər. Ordusu, polisi, muzdlusu Ilham Əliyevdən daha çox olan onlarla diktatoru xalqlar yalın əllə, dinc mübarizə ilə tarixin arxivinə göndəriblər. Sizin də yeriniz oradır!”.
Müsavat başqanı Isa Qəmbərin fikrincə, Azərbaycan gəncliyi bir daha öz fədakarlığını, hakimiyyətin təzyiqlərinə boyun əymək fikrində olmadığını sübut etdi: “Bu etiraz aksiyası son zamanlar hakimiyyətin ”Binə” ticarət mərkəzindəki, Ismayıllıdakı etirazçılara qəddarlığı, repressiyaları ilə bağlı təşkil olunmuşdu. Bəllidir ki, ölkədəki korrupsiyadan, rüşvətdən, dərəbəylikdən, harınlamış oliqarxların, məmurların, onların yaxınlarının xalqımıza, insanımıza, vətəndaşımıza qarşı təhqiramiz münasibətindən boğaza yığılmış vətəndaşlarımız çox ciddi etiraz hərəkatına qalxıb, hakimiyyət də bu qüvvələrə qarşı ciddi repressiyalar tətbiq edir. Belə bir vəziyyətdə gənclər və ölkənin demokratik düşərgəsi baş verənlərə münasibət bildirərək bir sıra addımlar atıb. Bügünkü aksiya da həmin addımların içərisində ən önəmlilərindən biridir. Təəssüf ki, hakimiyyət yenə öz mahiyyətindən əl çəkməyərək xalqı dinləmək, dinc etirazçılara qanun çərçivəsində yanaşmaq əvəzinə yeni zorakılığa əl atır, yenə də kütləvi həbslər həyata keçirir. Hakimiyyət anlamır ki, bu addımları ilə öz süqutunu uzaqlaşdırmır, əksinə yaxınlaşdırır. Çünki əgər bütövlükdə xalq vəziyyətdən narazıdırsa, ölkənin hər yerini tədricən etirazlar bürüyürsə, hakimiyyət bundan nəticə çıxarmalıdır. Hakimiyyət bu xalq etirazlarını zorakılıqla yatıra biləcəyi haqqında bir xülya ilə yaşamamalıdır. Belə bir xülyaya qapılsalar, çox tezliklə öz süqutlarını yetişdirəcəklər”.
Həbs edilənlər
1. İntiqam Əliyev (hüquq müdafiəçisi)
2. Məlahət Nəsibova (hüquq müdafiəçisi)
3. İlqar Nəsibov (hüquq müdafiəçisi)
4. Şahvələd Çobanoğlu (jurnalist)
5. Xədicə İsmayıl (jurnalist)
6. Gözəl Bayramlı (AXCP sədrinin müavini)
7. Sahib Kərimov (AXCP sədrinin müşaviri)
8. Əbülfəz Qurbanlı (AXCP GK sədri)
9. Mərdanə Hüseynova (AXCP)
10. Kəmalə Bənənyarlı (AXCP)
11. Tamella Əhmədova (AXCP)
12. Vüsal Bayramov (AXCP)
13. Toğrul Həsənzadə (AXCP)
14. Xanım Mustafayeva (AXCP)
15. Tuncay Quliyev (AXCP)
16. Tural Həsənzadə (AXCP)
17. Azər Sadıqov (AXCP)
18. Dadaş Dadaşov (AXCP)
19. Abdulla Abdullayev (AXCP)
20. Nihad Hüseyn (AXCP)
21. Abdulla Mahmudov (AXCP)
22. Ramin Musayev (AXCP)
23. Kamran Sanatürk (AXCP)
24. Tofiq Dadaşov (AXCP)
25. Orxan Carçı (AXCP)
26. Məhəmməd Əbülhəsənov (AXCP)
27. Kəmallədin Rəhimov (AXCP)
28. Hüseyn Fəxrəddinov (AXCP)
29. Yeganə Hacıyeva (Müsavat, başqan müşaviri)
30. Nərgiz Yaqublu (Müsavat)
31. Elnur Əsgərov (Müsavat)
32. Mətin Nağıyev (Müsavat)
33. Elşən Həsənov (Müsavat)
34. Elçin Cərullazadə (Müsavat)
35. Aygül Pəncəliyeva (NIDA)
36. Nazlı Pəncəliyeva (NIDA)
37. Turqut Qəmbər (NIDA)
38. Zaur Qurbanlı (NIDA)
39. Gülnaz Məmmədli (NIDA)
40. Nadir Alma (NIDA)
41. Rüfət Abdullayev (NİDA)
42. Türkel Rüstəmxanlı (VHP)
43. Emil Bağırov (VHP)
44. Nicat Kamal (VHP)
45. Şəhla Hacıyeva (ADP)
46. Elşən Şahbazov (ADP)
47. Cəmil Hacıyev (ADP)
48. Bəxtiyar Hacıyev (bloger)
49. Emin Milli (bloger)
Gənc fəallar
50. Cavid Əfəndi
51. Hikmət Abdullayev
52. Elçin Ibadov
53. Elvin Elxan
54. Rüfət Əhmədzadə
55. Zaur Əkbər
56. Atabəy Ağalarbəyli
57. Ziya Bayramov
58. Ilkin Rüstəmzadə
Cərimələnənlər
1. Gözəl Bayramlı (AXCP) – 2000 manat
2. Sahib Kərimli (AXCP ) – 500 manat
3. Kəmalə Bənənyarlı (AXCP) – 2000 manat
4. Orxan Carçı (AXCP) – 500 manat
5. Nihad Hüseyn (AXCP) – 500 manat
6. Tofiq Dadaşov (AXCP) – 450 manat
7. Kəmaləddin Rəhimov (AXCP) – 300 manat
8. Hüseyn Fərhadov (AXCP) – 300 manat
9. Xədicə Ismayıl (jurnalist) – 400 manat
10. Elşən Həsənov (Müsavat) – 600 manat
11. Elçin Cərullazadə (Müsavat) – 600 manat
12. Səfa Atakişiyev (bitərəf) – 400 manat
13. Ziya Bayramov (bitərəf) – 600 manat
14. Elnur Carçiyev (bitərəf) – 600 manat
15. Yaşar Bayramlı (bitərəf) – 500 manat
16. Turqut Qəmbər (Nida) – 2500 manat
17. Aygül Pəncəliyeva (Nida) – 400 manat
18. Xətai Qafarlı (Nida) – 300 manat
19. Bəxtiyar Hacıyev (Müsbət Dəyişikliklər) – 600 manat
20. Emil Bağırov (VHP) – 400 manat21. Cəmil Hacıyev (ADP) – 500 manat
22. Cavid Əfəndi – 300 manat
23. Vüsal Bayramov (AXCP) – 400 manat
Sutka alanlar
1. Əbülfəz Qurbanlı (AXCP) – 13 sutka
2. Türkel Əlisoy (AXCP) – 13 sutka
3. Tuncay Quliyev (AXCP) – 13 sutka
4. Rüfət Abdullayev (NİDA) – 13 sutka
5. Emin Milli (bloger) – 15 sutka
Ramin Deko