Oqtay Haqverdiyev: «Xarici ticarət dövriyyəsinin azalması ilk növbədə neftlə bağlıdır»
Son bir neçə ildə ilk dəfə 2014-cü ildə idxal və ixrac azalıb. Bu, dünya bazarında neftin ucuzlaşmasının, eləcə də investisiya təyinatlı malların tədarükünün azalmasının nəticəsidir.
Xatırladaq ki, Gömrük Komitəsi məlumatında 2014-cü ildə Azərbaycanın 150 ölkə ilə xarici ticarət dövriyyəsinin $31mlrd 16,3 mln olduğunu bəyan edib. Bu isə 2013-cü ildəkindən 10,58% azdır. Ötən il ixrac strukturunda neft, qaz və neft məhsullarının xüsusi çəkisi 91,97% olub. Onların ixrac həcmi azaldığı üçün bu göstərici 2013-cü illə müqayisədə 0,44% azalıb.ÿ
Ötən il ölkədən mal ixracı həcmi $21 mlrd 828,6 mln, idxalı $9 mlrd 187,7 mln olub. 2014-cü ildə xarici ticari əməliyyatlarının müsbət saldosu $12 mlrd 640,9 mln təşkil edib.
Ölkənin xarici ticarət dövriyyəsinin azalma səbəblərini izah edən iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, ixracımızın 92-93 faizi neft və neft məhsullarının payına düşdüyü üçün ilk növbədə bu amil ticarət dövriyyəsinin azalmasına təsir edib. Eləcə də dünyada gedən proseslər, böhran xarici ticarət əlaqələrimizi zəiflədib:
“Xarici ticarət dövriyyəsinin azalması ilk növbədə neftlə bağlıdır. Neft və neft məhsulları, qaz və s. buna misal göstərmək olar. Statistika da göstərir ki, bizdə neft hasilatı azalıb və bu da nəticəyə təsir edir. 2014-cü ilin yekunları da bunu göstərdi. Bütün bunlar bir-biriylə zəncirvari bağlı olduğu üçün xarici ticarət dövriyyəsinə təsir edib”.
Nigar