Məhəmməd Talıblı: «Qeyri-stabillik elementi olan regiona transmilli korporasiyalar investisiya qoymaq istəmir»
Dağlıq Qarabağ ətrafında müharibə təhlükəsi BP-nin başçılığı ilə 40 milyard dollarlıq yatırım edilən Azərbaycanın və Ermənistanın qaz bazarını idarə edən “Qazprom”un olduğu regionu təhlükə altına qoyur.
“Axar.az” ÿxəbər verir ki, bu barədə informasiyanı Blomberq saytı yayıb. Sayta açıqlama verən “Landesbank Berlin Invesment”in maliyyə meneceri Luts Ryomeyer konfliktin yenidən gərginləşəcəyi təqdirdə böyük iqtisadi itkilər verəcəyini bildirib. O, Azərbaycan və Ermənistana məxsus istiqrazların geniş miqyaslı müharibə təhlükəsi ilə daha böyük həcmdə və aşağı qiymətlə dəyərləndirildiyini söyləyib.
Iqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, yaranmış vəziyyət pis idarəçiliklə bağlıdır. “Nəinki Qarabağ zonası üçün, o cümlədən nisbətən qeyri-stabillik elemnti olan regiona transmilli neft korporasiyaları investisiya qoymur və qoymaz. ”Əsrin kontraktı” imzalananda da deyirdilər ki, Qərb bu kontarktlardan sonra Qarabağı alıb Azərbaycana verəcək və s. Amma görürsüz illər keçir, kontrakt başa çatmaq üzrədir, nəinki Qarabağda bir addım irəliləməmişik və torpaq almamışıq, əksinə avtoritar idarəçiliyə verilən xeyri-dua hesabına vəziyyət daha da pisləşib. Amma sürətlə artan neft pulları pis idarəçiliyi nisbətən ört-basdır edib”.