Azərbaycanda kreditlərin sayının artım tempi borcalanların sayının artım tempindən yüksəkdir. Yəni müştərilər bir neçə bankdan kredit alırlar, bu isə “borc quyusu” ilə nəticələnə bilər.
AMB-nin məlumatına görə, 1 iyul üçün Mərkəzləşdirilmiş Kredit Reyestrində 2 mln 138 min 886 borcalan (ilin əvvəlindən +9,5%) və 7 mln 738 min 882 kredit haqda məlumat var (+18,6%).
Ilin əvvəlindən MKR-ə 1 mln 421,31 min sorğu olub. Bu, ötən ilin eyni dövründəkindən 1,43 dəfə çoxdur. AMB-nin məlumatına əsasən, daha çox sorğu bank və qeyri-bank kredit təşkilatlarına aiddir (1 mln 398 min 83 dəfə). Qalan pay fiziki şəxslərindir – 23 min 227 sorğu. Ilin I yarısında reyestrin məlumatlarından 41 bank və 31 QBKT istifadə edib.
Iyulun əvvəli üçün reyestrdə kreditlər üzrə 989 min 278 zamin (ilin əvvəlindən +18,2%) barədə məlumat var.
Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ildə yaradılıb. Burda fiziki və hüquqi şəxslərin kredit məlumatları toplanır. Bu məlumatlardan, bank və QBKT-lər, məlumatı toplanan şəxslər iştirak edə bilər. MKR 2009-cu ildən yeni formatda işləyir.
Contact.az