ABŞ-ın maliyyə nəhəngi “Goldman Sachs” tezliklə dünya bazarında neftin və misin qiymətinin düşəcəyini, sinkin isə bahalaşacağını proqnozlaşdırır. Fins.az xarici mətbuata istinadən xəbər verir ki, bankın ekspertləri ABŞ dollarının möhkəmlənməsi tendensiyası, eləcə də Çində iqtisadi artımın zəifləməsi fonunda bu qənaətə gəliblər.
“Goldman Sachs”da hesab edirlər ki, növbəti 1 il ərzində mis 16% ucuzlaşa, onun 1 tonunun qiyməti 5200 dollara düşə bilər. Çünki, Çində bu metala tələbat azalıb. Bundan başqa, bankın ekspertlərinin hesablamalarına görə, dolların məzənnəsində davam edən artım fonunda bu ilin oktyabr ayınadək “WTI” markalı neftin bir barreli 45 dollara qədər azalacaq.