“O səs Türkiyə” yarışmasının qalibi Elnur Hüseynov “Avroviziya-2015”də Azərbaycanı təmsil edəcək. Bu barədə “CNN Türk” məlumat yayıb. Məlumatda deyilir ki, Elnur Hüseynov “O səs Türkiyə”dəki çıxışı ilə diqqəti cəlb edib və Azərbaycan rəsmiləri “Avroviziya”ya bu il onu göndərmək qərarı verib.
Elnur Hüseynov “O səs Türkiyə”də Ebru Gündeşin komandasında çıxış edib. Finalda yarışmanın 4 illik tarixində rekorda imza ataraq, 1 milyon SMS-lə qalib elan olunub.
O, 2008-ci ildə Azərbaycanı “Avroviziya”da “Day after day” mahnısı ilə təmsil edib və 8-ci yer tutub.
azadliq.info