Ukrayna”Eurovision 2015″ mahnı müsabiqəsində iştirakdan imtina edib. Ukrayna mətbuatının məlumatına görə, bunu ölkənin Birinci milli telekanalının baş direktoru Zurab Alasaniya bildirib.
Onun sözlərinə görə, müsabiqədə iştirak etmək üçün xeyli miqdarda vəsait lazımdır. Vəsait isə az olduğuna görə müsabiqədə pis nəticə əldə edə bilərik.
Bununla belə Alasaniya Ukraynanın 2016-da müsabiqədə iştirak edəcəklərini deyib.