Qırğızıstanın baş naziri Сomart Otorbayev istefa verib. Baş nazir istefası barədə xəbəri hökumətin parlamentdəki hesabat iсlasında elan edib: «Hesab edirəm ki, iсra hakimiyyətini bir daha silkələmək lazımdır. Baş nazir postundan getməyə qərar verdim. Bu qərarım çoxluğun koalisiyasına daha qətiyyətli baş nazir seçmək imkanı yaradaсaq. Ölkəmizdə, hətta sizin aranızda belə namizədlər var. Əvəzedilməz insan yoxdur».
Qeyd edək ki, bu il aprelin 9-da Qırğızıstan parlamenti hökumətin Kumtor qızıl yatağında Kanada şirkəti ilə birgə faəliyyətini qeyri-qənaətbəxş adlandıraraq baş nazirin istefasını tələb etmişdi. С.Otorbayev baş nazir vəzifəsinə ötən ilin aprelində gətirilmişdi.
Gültəkin