Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov “Arqumentı i faktı” qəzetinə müsahibəsində Ukrayna münaqişəsi həll olunandan sonra Qərbin Rusiya ilə bağlı atacağı addımlardan danışıb. O həmçinin Almaniya kansleri Angela Merkelin Putinin G-7 sammitinə dəvət edilməyəcəyini deməsini şərh edib.
Peskov hesab edir ki, hətta Donbasda sutiasiya həll olunsa, Qərb heç vaxt Rusiyadan əl çəkməyəcək. Peskovun sözlərinə görə, məsələ nə Krımda, nə də Ukraynada deyil. “Qərb Putini münaqişə tərəfi kimi təqdim etmək, onun beynəlxalq siyasətdə təcrid etmək, iqtisadi baxımdan Rusiyanı boğmaq, Putinin devrilməsinə nail olmaqdı”, – deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.
azadlIq.info