Yaponiya hökuməti Rusiya prezidenti Putinin bu ölkəyə nəzərdə tutulan səfərinin təşkilindən imtina edib. Bu barədə Yaponiyanın “Sankei Shimbun” nəşri hökumətdəki məlumatlı şəxslərə istinadla xəbər yayıb.
Xəbərdə deyilir ki, Yaponiyanın baş naziri Sindzo Abe Putinlə Pekində keçiriləcək Asiya-Sakitokean İqtisadi Əməkdaşlıq birliyinin sammitində görüşəcək. Bu görüş yalnız “danışıqlar prosesinin davam etdiyini təsdiqləmək” üçün olacaq. Putinin Yaponiyaya səfəri barədə isə danışılmayacaq.
Putinin Yaponiyaya bu ilin payızında səfər edəcəyi hələ fevral ayında razılaşdırılmışdı. Lakin Rusiya Krımı işğal edəndən sonra Yaponiya hökuməti xarici işlər nazirinin apreldə planlaşdırılan səfərini və avqustda keçirilməli olan hökumətlərarası məsləhətləşmələri təxirə saldı. Nəticədə Yaponmiya hökuməti bu qərar gəlib ki, Putinin Tokioya səfəri üçün şərait hələ yetişməyib.
Yaponiya XİN vurğulayıb ki, Rusiya Ukraynada vəziyyətin stabilləşməsi üçün real addımlar atana qədər bu istiqamətdə irəliləyiş olmayacaq. XİN rəhbəri Abe noyabrda Putinlə Perkində baş tutacaq görüşündə ondan Rusiya ilə Yaponiya arasında siyasi dialoqun bərpası naminə Ukrayndakı konfliktin sülhlə həllinə nail olmağı istəyəcək.
Yaponiya hökumətindəki mənbənin sözlərinə görə, Putin nə qədər ki Ukraynanın şərqində sülhə nail olmaq üçün özünün bütün liderlik keyfiyyətlərini ortaya qoymayacaq, rəsmi Tokio onu qəbul etməyin mənasını görməyəcək.
azadliq.info