“Gülnarə Kərimovanın ev dustaqlığından azad olunduğu haqda bu günlərdə yayılmış xəbərlər yalandır və çaşdırıcı mahiyyət daşıyır”. Virtualaz.org saytı xəbər verir ki, bu bəyanatla Özbəkistan prezidenti İslam Kərimovun qızı, fevral ayından bəri Daşkənddə ev dustağı edilən Gülnarə Kərimovanın Londondakı nümayəndəsi, “Davidson Ryan Dore Partnership” şirkətindən Loksli Rayan çıxış edib.
“Bəzi son məlumatlarda faydasız uydurma yer alır və orada göstərilir ki, Gülnarə Kərimovanı ev dustaqlığından azad ediblər. Bəziləri daha “yaradıcı”dır və iddia edirlər ki, o, Rusiyaya, yaxud Cənubi Amerikaya qaçıb. Mən təsdiq edə bilərəm ki, Gülnarə Kərimova əvvəlki kimi Özbəkistanda ev dustağıdır və fevral ayından bu yana ətraf aləmlə hansısa ciddi təmas imkanı yoxdur. O və 16 yaşlı qızı əvvəlki kimi ev dustağıdır, onların təcili tibbi yardıma ciddi ehtiyacı var” – deyə prezidentin qızının maraqlarını təmsil edən L.Rayan bildirib.
Onun fikrincə, G.Kərimovanın ev dustaqlığından buraxılması barədə şayiələrin yayılması siyasi məqsədlidir və bunu edənlər Gülnarənin azadlığa buraxılmasına dair çağırışların artmasından narahat olublar.