Şotlandiyanın baş naziri, müstəqillik ideoloqlarından biri Aleks Salmond istefa verib. Buna səbəb Şotlandiya əhalisinin referendumda Böyük Britaniyanın tərkibindən çıxmamaq barədə qərarıdır.
Seçkinin yekun nəticələrinə görə seçicilərin 55,3%-dən çoxu müstəqilliyin əleyhinə səs verib.
Bundan əvvəl A. Salmond səsvermənin nəticələrini qəbul etdiyini, lakin Şotlandiyanın idarəetmə hüquqlarının və səlahiyyətlərinin genişləndirilməsinin vacib olduğu vurğulamışdı.
azadlıq.info