Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer hesab edir ki, kürdlərin müstəqil dövləti regionda vəziyyəti bir qədər də ağırlaşdıracaq. Bu, İraqla qonşuları arasında yeni gərginlik yarada bilər.
Nazir İraqın bütövlüyünün qorunub saxlanıılacağıına ümid etdiyini də bildirib. Onun fikrincə, Bağdadda bütün regionların və dinlərin nümayəndələrinin təmsio olunduğu yeni hökumətin formalaşması İraqın vahid dövlət kimi qalması üçün son şansdır.
azadlıq.info