Ukrayna prezidenti Pyotr Poroşenko mayın 8-də Moskvada keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək. “Poroşenko olmayacaq”, – bunu jurnalistlərəRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “İnterfax”ın sualına cavab verən Peskov dəqiqləşdirib ki, bu görüşdə iştirak – “prezidentlərin öz arzusudur”. O vurğulayıb ki, bu görüşə MDB ölkələrinin bütün başçıları dəvət olunur.